“Regionlara gediş-gəlişin açılması məsələsinə baxılacaq” – Operativ Qərargah
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev jurnalistləri maraqlandıran suallara cavab verir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
O qeyd edib ki, Bakıda koronavirusa yoluxma tendensiyasi var: “Hazırda regionlara gediş-gəlişin açılması regionlarda virusun yayılmasına səbəb ola bilər. Bu baxımdan, epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsinə baxılacaq”.
Prezidentin köməkçisi əlavə edib ki, Bakı-İstanbul reyslərinin artırılması gözlənilir: “Yalnız yenə də zəruri hallar istisna olmaqla, vətəndaşlarımızın səfərlərdən imtina etməsini xahiş edirik. Hazırda xaricdə olan vətəndaşların ölkəyə qayıtması ilə bağlı məhdudiyyət demək olar ki, yoxdur. Gürcüstan və Rusiyadan vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olunur”.