Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbi qəbul olunub
Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbi qəbul olunub.
“Cani-könüldən dəstəklədiyim, hər zaman əlimdən gələn köməyi etməyə hazır olduğum Qərbi Azərbaycan İrəvan Mühacir Dövləti, uzun diskussiya və çalışmalardan sonra bayrağın ardınca, nəhayət ki, öz gerbini də təsdiq etdi.
Xeyirli-Uğurlu olsun!!!”
Aktualinfo.org xəbər verir ki, bu barədə məlumatı Bəxtiyar Tuncay paylaşıb.
Qeyd edək ki,dünən axşam saatlarında videoformat keçirilən toplantıda uzun diskussiya və çalışmalardan sonra Qərbi Azərbaycan hökuməti öz gerbini təsdiq edib.
Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.
Artıq mühacir hökumət də formalaşıb.