“Onlara əmr verən və bura göndərən tapılmalıdır” – Lukaşenko

Minsk saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskvaya əlavə informasiya verməyə hazırdır.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz yalanla siyasət qurmuruq. Media üzərindən bir-birimizə qışqırmaqla problem həll olunmaz. Biz heç nə gizlətmirik, amma bizə həqiqət lazımdır”, – Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, rus muzdlular heç də Moskvanın dediyi kimi, İstanbula uçmaq istəməyiblər:Onlar müxtəlif məqsədlər üçün Belarusa gəliblər”.

Buna baxmayaraq, Lukaşenko saxlanılanlara qarşı diqqətli olmağı tapşırdığını bildirib:“Onlar əlbəttə günahkardırlar, ancaq bu o demək deyil ki, saxlanılanlara qarşı sərt tədbirlər görülməlidir. Onlar əsgərdir. Əmr ediblər, onlar da gəlib. Onlara əmr verən və bura göndərən tapılmalıdır”.

Qeyd edək ki, Belarus “Vaqner” qrupunun 33 üzvünü saxlayıb. Minskin iddiasına görə, 200-dən çox rusiyalı muzdlu Belarusda çevriliş həyata keçirmək niyyəti ilə ölkəyə gəlib. Digərlərinin yaxalanması istiqamətində tədbirlər davam edir.

Rusiya isə bu ittihamı rədd edib və “Vaqner” qrupu üzvlərinin Belarusdan tranzit ölkə kimi istifadə etdiklərini açıqlayıb.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password