Paşinyan erməni diasporunun məğlubiyyətini etiraf edir
Məlumata əsasən, Paşinyan qurumun səmərəsiz fəaliyyəti ilə əlaqədar belə addım atıb.
“Xüsusilə Diasporla İş üzrə Komissarlıq Ermənistan-Azərbaycan qarşıdurmaları günlərində, böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib.
Qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altına girmişdi”, – deyə nəşr yazıb.
Hökumətdəki mənbəyə görə, Paşinyan bu yaxınlarda Sinanyan ilə olduqca sərt söhbət aparıb, diaspor siyasətini tamamilə uğursuz vəziyyətə saldığı üçün onun fəaliyyətini tənqid edib. Bildirilib ki, hazırda Ermənistan-diaspor münasibətlərində olduqca kövrək vəziyyət yaranıb.
Söhbətin sonunda Paşinyan komissara tapşırıb ki, diasporun müxtəlif dairələrində əhval-ruhiyyəni anlasın və vəziyyətin bütün təfərrüatları barədə şəxsən ona məlumat versin./azvision.az/