İkinci mərhələdə də ABŞ Konqresi Azərbaycanın xeyirinə qərar verə bilərmi? – Politoloqdan AÇIQLAMA
ABŞ Konqresi Azərbaycan torpaqlarının işğal faktını tanıdı.
Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
İkinci mərhələdə də ABŞ Konqresi Azərbaycanın xeyirinə qərar verə bilərmi?
Bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, hər şey ABŞ Konqresindəki əhval-ruhiyyədən asılı olacaq:
“Birinci dəfə Azərbaycana dəstək oldu. Amma bu ürəkdən istənilən dəstək deyildi. 4 dövlətin ərazi bütövlüyünə verilən dəstək idi. Ukrayna, Moldava, Azərbaycan, Gürcüstan. Azərbaycanı bu dövlətlərdən ayıra bilməzdi. Sonrakı qərarla az da olsa, Dağlıq Qarabağ separatçılarına yardım da ayırdılar. Əlbəttə, biz gözləyirik ki, Senat Azərbaycana dəstəklə bağlı qətnaməyə səs versin. Bu, Azərbaycan üçün çox vacibdir. Respublikaçılar milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Ona görə də, respublikaçıların bir qismi Azərbaycanla əlaqələrə önəm verirlər.
Təəssüf ki, Demokratlar partiyasının nümayəndələri erməni lobbisi ilə bağlıdır. Onlar ermənilərin istəyini reallaşdırırlar. ABŞ Konqresində bu nisbət çox önəmlidir. Bu gün Senatda respublikaçılar çoxlu təşkil edir. Ona görə də ümid etmək olar ki, onlar Azərbaycanın xeyirinə səs verəcəklər”./konkret.az