“Putinin Krım paradı”: Rusiya notanı Ukraynaya geri qaytardı

İyulun 26-da Rusiya Federasiyasının Sevastopol şəhərində hərbi parad keçirilib.

Rusiya hakimiyyəti Ukrayna Xarici İşlər Nazirliyinin ilhaq edilmiş Sevastopolda baş tutan “dəniz paradına” etiraz notasını geri qaytarıb.

Bu barədə Ukrinform dünən gecə Xarici İşlər Nazirliyinin şərhinə istinadla məlumat verib.

“Rusiya Xarici İşlər Nazirliyinin illüziyalardan yaxa qurtarmaq, “Krımın və Sevastopolun ayrılmaz bir hissəsi olduğuna alışmaq” təklifi ilə 26 iyul 2020-ci ildə müvəqqəti işğal edilmiş Sevastopolda keçirilən “dəniz paradı” ilə əlaqədar Ukraynaya etiraz notası qaytarması təəccüblü deyil” deyə Xarici İşlər Nazirliyi bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, “biz yalnız Rusiya diplomatiyasının dəvəquşu davranışına öyrəşmişik – sənədi heç nə olmamış kimi qaytarmağa”.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının bu cür davranışına alışdığını da vurğulayıb.

Xatırladaq ki, iyulun 27-də Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Sevastopolda “hərbi parad”ın keçirilməsi ilə əlaqədar Rusiyaya etiraz notası göndərmişdi.

Notada Kiyevin bunu Rusiya tərəfinin beynəlxalq hüququn, o cümlədən BMT Baş Assambleyasının çoxsaylı qətnamələrinin, eləcə də Ukrayna qanunvericiliyinin pozulması kimi qiymətləndirildiyi göstərilib.

Habelə Ukrayna BMT-də də Krımdakı “hərbi parad”ı pisləyib, Rusiyanın hərəkətlərini “Ukrayna-Rusiya münasibətlərində gərginliyin artmasına yönəlmiş addımlar” adlandırıb.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password