Dünyanın ən yaxşı stadionları açıqlandı

“Brand Finance” konsaltinq agentliyi dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini açıqlayıb.

Seçimlər zamanı 3 əsas amil – azarkeşlərin oyunlarda iştirakı, matçlardan gələn gəlir və “12-ci oyunçu” olma bacarığı nəzərə alınıb.

Siyahıya İngiltərənin “Tottenhem” klubunun ev oyunlarını keçirdiyi eyniadlı arena başçılıq edir. İkinci pillədə ABŞ-ın “Atlanta Yunayted” komandasına məxsus “Mercedez-Benz” stadionu yer alıb. İlk “3-lüy”ü Uels millisinin matçlarına ev sahibliyi edən “Millenium” arenası tamamlayır.

Rusiya “Zenit”inin rəqiblərini qəbul etdiyi “Qazprom Arena” isə reytinqdə 11-ci yerdə qərarlaşıb. Bu stadion “Stad de Frans”, “Emireyts” və “Old Trafford” kimi arenaları qabaqlayıb.

Dünya ən yaxşı stadionlarının reytinq cədvəlində ilk “10-luq” aşağıdakı kimidir:

1. “Tottenhem Hotspur”

2. “Mercedez-Benz”

3. “Millenium”

4. “Uembli”

5. “Santyaqo Bernabeu”

6. “Nou Kamp”

7. “Feltins Arena”

8. “Alyans Arena”

9. “Vanda Metropolitano”

10. “Yohan Kroyf Arena”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password