62 milyon manat əmanətin taleyi necə olacaq? – Deputat

“Günah qanunsuz əmanət qəbul edən banklarda olduğu üçün vətəndaşların pulu tam məbləğdə qaytarılmalıdır”.

Bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlərlə bağlı məsələyə baxıb: “Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək. Mərkəzi Bank sədrinin bugünkü bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitiv, yəni vətəndaşların xeyrinə qərar gözləyirlər.

Təbii ki, biz də vətəndaşların xeyrinə qərar qəbul ediləcəyinə ümidliyik. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi, məbləğ kifayət qədər böyükdür”.

İqtisadçı Mərkəzi Bankın bugünkü açıqlamasında iki diqqətçəkən mühüm məqamın olduğunu deyib: “Birincisi, Mərkəzi Bank bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu o deməkdir ki, günah vətəndaşlarda yox, qanunsuz əmanət qəbul edən banklarda olduğu üçün vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var.

İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bugünkü açıqlaması əmanətçilərin hüquqların qorunması baxımdan təqdirəlayiqdir”.

Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password