Türkiyə həm regional, həm də qlobal miqyasda etimad və sülhün qarantıdır – Hikmət Hacıyev

Türkiyə həm regional, həm də qlobal miqyasda etimad və sülhün qarantıdır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Türkiyə bir çox cəbhədə qlobal qüvvəyə çevrilmiş proaktiv ölkədir:

“Eyni zamanda, Türkiyə, müxtəlif regionlarda sülhü təmin edən böyük dövlətdir. Azərbaycan bir çox sahələrdə Türkiyənin nailiyyətləri ilə fəxr edir. Türkiyə həm regional, həm də qlobal miqyasda etimad və sülhün qarantıdır. Türkiyənin siyasi və hərbi gücü sayəsində İŞİD kimi terroçu elementlərə ciddi zərbə vurulub. Türkiyə Balkan, Qafqaz və Avropa da daxil olmaqla bir çox regionda sülh və sabitlik naminə böyük səylər göstərir”.

Azərbaycan və Türkiyə orduları arasında planlaşdırılan birgə təlimləri şərh edən H.Hacıyev bildirib ki, bu, ölkənin düşmənləri üçün çoxmənalı siqnal olacaq:

“Türkiyə Azərbaycanın silahlı qüvvələrinin inkişafında böyük rol oynayıb. Ölkələrimiz arasında hərbi əməkdaşlıq regionda sülh maraqlarına xidmət edir. Bu təlimlər Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmliyini və ölkələrimizin həmrəyliyini nümayiş etdirir”.

Ermənistanın son aqressiyasını xatırladan H.Hacıyev deyib ki, bu ölkə ağıllanmalıdır:

“Ermənistanın tətbiq etdiyi siyasət həm bu ölkəni, həm də xalqını dalana dirəyir. Onlar bu cür davam edə bilməzlər. Ermənistanın Türkiyəyə münasibətdə məkrli planları, eləcə də Azərbaycan ərazilərinə təcavüz planları var. Bu, qəbuledilməzdir. Ermənistan qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməlidir. Türkiyə ilə birgə hərbi təlimlər bu cür ölkələrə güclü siqnal ötürəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password