Paşinyan Rusiyanın Ermənistanı dəstəkləmədiyini etiraf etdi: “Hərəkətləri bu çərçivədə olmalıdır”

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitləşib.

Bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsində əsas rol oynayıb.

“ATƏT-in Minsk Qrupu həmsədrləri çox vacib sabitləşdirici rol oynadılar. Burada Rusiyanın rolu xüsusilə vurğulanır və hesab edirəm ki, hazırda nisbətən sabit bir vəziyyətə gətirilməyimizdə Kremlin gördüyü tədbirlər, Xarici İşlər Nazirliyi və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı əsas rol oynadı. Əlbəttə, Rusiya Federasiyasının rolu son dərəcə konstruktivdir” deyib.

“Ermənistanın bir çox vətəndaşı sual verir ki, niyə Türkiyə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, Ermənistanın strateji tərəfdaşı olan Rusiya Federasiyası isə Ermənistanı dəstəkləmir.

Anlamaq lazımdır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Rəsmi Moskva vacib və əsas vasitəçidir, hərəkətləri bu çərçivədə olmalıdır” deyib.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password