Ermənistana etiraz edən 15 azərbaycanlı saxlanıldı – İranda gərginlik artır
İranda Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsinə etiraz edən 15 azərbaycanlı həbs edilib.
Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) nümayəndəsi Elyar Türker bildirib.
O əlavə edib ki, həbs edilənlərə polis işgəncə verib.
Qeyd edək ki, İranda yaşayan soydaşlarımız Tehrandakı Ermənistan səfirliyi, Təbrizdəki Azərbaycan konsulluğunun önünə və Urmiyadakı Atayı küçəsinə toplaşıb. İran polisi və İnqilab Keşikçiləri Korpusunun qüvvələri aksiyaya sərt müdaxilə edib.
Təbrizdə aksiyaya qatılan Həkimə Əhməd, Yasəmən Zəfəri, Rahim Sasani, Saadullah Sasani, Maqsud Fazli Çimən adlı şəxslər həbs edilib.
Urmiyada Fərid Hurşidi, Salar Taher Avşar, Şiva Mokarrad adlı şəxslər saxlanılıb.
Həmid Cabbarının isə harada saxlanıldığı bəlli deyil.