Rauf Babaşov Sumqayıtda oğrulara havadarlıq edir,polis rəisi isə susur

Sumqayıt şəhər sakini Rzayev Samid Nüsrət oğlu tərəfindən üzləşdiyi problemlərələ əlaqədar artıq ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə,Baş nazir Əli Əsədova, AR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova,DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisinə,DİN Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisinə,Sumqayıt şəhər prokurorluğuna,Ombudsman Aparatının rəhbərinə və KİV nümayəndələrinə Sumqayıt şəhər Polis İdarəsinın məsul şəxsləri ilə evindən oğurluq edən şəxslərin gizli sövdələşmələrinin qarşısının alınması və hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqının Sumqayıt Prokurorluğu tərəfindən aparılması barədə şikayət dolu müraciət məktubu ünvanlanıb.

Aktualinfo.org xatırladır ki,vətəndaş Samid Rzayevin müraciəti əsasında hazırlanmış,18 iyul 2020-ci il tarixdə dərc etdiyimiz “Sumqayıt şəhər Polis İdarəsi oğruların tutulmasında niyə maraqlı deyil?” başlıqlı məqaləni geniş içtimaiyyətin diqqətinə çatdırmaqla yanaşı,vətəndaşın üzləşdiyi problemin həll olunmasında köməklik göstərilməsi məqsədi ilə tərəfimizdən yuxarıda adları çəkilən bütün dövlət orqanları rəhbərlərinin də elektron poçt ünvanlarına göndərilmiş, diqqətlərinə çatdırılmışdır.Lakin vətəndaşın yazdığı ikinci müraciətdən göründüyü kimi, Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi geniş ictimaiyyətin də diqqətinə çatdırılmış bu oğurluq hadisəsəinin üstünün açılmasında həqiqətən maraqlı deyil.Vətəndaş Samid Rzayev ikinci müraciətində yazır:

Bir daha xatırladım ki, bu il, 20 iyun , gecə saat 23-26 dəqiqədə yaşadığım evdə baş vermiş oğurluq nəticəsində şəxsi əşyalarım və içərisində qızıl-zinət əşyaları, brilliant olan əl çantamın aparılması nəticəsində 41000 manat maddi ziyan dəymişdir. Hadisəyə Sumqayıt ŞPİ-nin 4-cü PB-də ilkin təhqiqat aparılmış və iş materialları İstintaq İdarəsinə göndərilmişdir. 27 iyun 2020-ci ildə Sumqayıt ŞPİ-nin müstəntiqi Əmrah Rüstəmov cinayət işinin başlanması barədə qərara qəbul etmişdir. Lakin qərarda mənə dəymiş ziyanın 25000 mant olduğu göstərilmişdir. Halbuki, mən izahatımda 41000 manat ziyan dəydiyini yazmışdım. Niyə 4-cü PB-nin rəisi bu rəqəmi qəsdən azalmış formada yazdırdı mənə aydın deyil.

Binanın kamera görüntülərindən də aydın görünür ki, cinayətkarın üzü aydın görünür. Lakin bununla bağlı polis heç bir tədbir görmək istəmir. Oğurluq olduğu gecə, evimdən qızı-zinət əşyalarıilə birlikdə çay dəsmalı da götürülmüdür. Hansı ki, kamera görüntüsündə bu dəsmalı oğru başına salıb kameralardan yayınmaq istəyib. Və bu dəsmal da hadisənin sabahı günü oğrunun evindən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Hazırda bununla da bağlı heç bir araşdırma aparılmır. Oğurluqda şübhələndiyim şəxslərlə telefonla söhbət zamanı onlar bildirdilər ki, bizi polis rəisinin müavini Rauf Babaşov qoruyur, havadarlıq edir. Yəni, mobil operatora rəsmi müraciətlə oğrunun onu müdafiə edən Sumqayıt şəhər Pİ-nin rəis müavini R.Babaşovun çox arxayınçılıqla adını çəkməsini təqdim edilmiş səsə yazısında dinləyə bilər.

Necə olub ki, oğru yaşadığım binanın əsas qapısından jetonla rahatlıqla daxil olur, sonra 3-cü mərtəbədəki evimə 23-30 radəsində balkondan plastik qapını sındıraraq içəri girir və əşyaları götürüb 16-cı mərtəbəyə- maklerin mənzili olan otaqda digər narkoman yoldaşının yanına qalxır və tez də düşüb gedir. ( kamera görüntüləri disklə təqdim edilib)

Şübhələndiyim şəxslər – Rəhimov Alik Mürvət oğlu və  Əhədov  Rəşid Vaqif oğulu  mənə deyirlər ki, bizim arxamızda Sumqayıt ŞPİ-nin rəis müavini Rauf Babaşov dayanıb. Həmin adamlar bizim tərəfimizdən dəfələrlə şübhəli hərəkətləri olduğu əli olan şəxslər olduğu aydındır. Bu şübhəli şəxslər narkoman və oğurluq etdiklərinə görə əvvəllər də cinayət işləri olub.  Budur, son günlər müstəntiq bu adamların tapılaraq istintaqa gətirilməsini tələb etsə də 4-cü PB-nin polisləri buna əhəmiyyət vermir, şübhəliləri qəsdən İstintaq gətirmirlər. Bu gün mənə o da məlum oldu ki, Sumqayıt ŞPİ-nin rəisi Nəriman müəllimin də bu hadisədən xəbəri olsa da, o da bu və üzdə olan oğruların tutulub istintaq təhvil verilməsində maraqlı görünmürlər. 34 gündür ki, heç bir istintaq işi aparılmır. Sadəcə görünən budur ki, polis formal cinayət işi başlanması barədə formal qərar qəbul edib və işi atıb bir tərəfə. Mən yuxarı orqanlara da bu barədə şikayətlər göndərsəm də hələlik nəticəsi yox idi.

Mənim son şikayətlərimdən və məsələnin mətbuat vasitəsi ilə geniş ictimaiyyətə təqdim edilməsindən bir gün sonra Sumqayıt ŞPİ-nin rəisi məni yanına dəvət edib məsləni müzakirə etdi və tapşırıq verdi ki, hər iki şübhəli şəxs 24 saat ərzində tapılaraq istintaqa təhvil verilsin.Bəli, həqiqətən də dünən oğrunu tapıb təhvil verdilər. Bu gün isə həmin oğruların güvəndiyi Rauf Babaşov səhər məni dəvət edərək bildiri ki, bəs şübhəlilər hadisəni etiraf etmirlər. Biz də ki, sübut edə bilmirik. Yəni söhbətdən məlum oldu ki, R.Babaşov oğruları ikinci dəfə buraxdırıb. Mənə də xəbərdarlıq edir ki, sən mənim adımı bu işdə hallandırdığına görə səndən şikayət verəcəyəm. Deməli, bu qədər sübutlar ortalıqda ola-ola polis polkovniki oğrunu tapmaqda çətinlik çəkirmiş. Və mənə- zərəçəkmişə də xəbərdarlıq edir ki, səndən şikayət edəcəyəm. Bu da mənim pisim.

Müstəntiq isə formal cavablar verir ki, lazımi istintaq hərəkətləri davam edir və s.

Axı niyə məhz polis rəisinin müavini R.Babşov məni bu gün dəvət edib oğruları buraxdığını, sübut etmənin çətin olduğunu, məndən şikayət edəcəyini nəzərimə çatdırır? Qoy işi aparan müstəntiq və ya idarə rəisi mənimlə danışsın. Bu adam niyə əl ayağa düşüb?

Cənab nazir Vilayət Eyvazov! Mən 47 ildir ki, Sumqayıt şəhərində yaşayıram. Və polis R.Babaşovun keçmişini də bu gününü də yaxşı tanıyarm ki, kimdir. Ona görə də Sizdən xahiş edirəm ki, Sumqayıt şəhər Pİ-nin rəis müavini R.Babaşovun istintaqa müdaxiləsinin qrşısının alınmasına və şəxsən Sizin nəzarətiniz altında tapılmış, lakin bu gün yenidən evlərinə buraxılmış oğruların barəsində qəti imkan tədbirlərinin seçilməsinə göstəriş verəsiniz. Hər dəfə oğruları azadlığa buraxdıran R.Babaşov bu məslədə nə kimi şəxsi maraqlarının olmasının araşdırılmasına göstəriş verməyinizi bir daha xahiş edirəm.

  Cənab Prezident İlham Əliyev və baş prokuror cənab Kamran Əliyev! Ölkəmizin indiki müharibə şəraitində, pandemiya dövründə Sumqayıt polisində marqlı şəxsin açıq aşkar müdaxiləsinin və sübut olunan cinayəti etiraf edən oğruları istintaqa cəlb etmək istəməməsinin  motivlərinin  araşdırılmasına və bu oğurluq hadisəsinin tezliklə açılması üçün istintaq araşdırmalarının Sumqayıt ŞPİ-dən alınaraq Sumqayıt Şəhər Prokurorluğuna verilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

 

Aktualinfo.org

P.S. Aktualinfo.org bir daha qeyd edir ki,vətəndaş Samid Rzayevin müraciəti əsasasında hazırlanaraq ictimailəşdirdiyimiz “Sumqayıt şəhər Polis İdarəsi oğruların tutulmasında niyə maraqlı deyil?” başlıqlı məqaləyə Sumqayıt şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov susqunluq nümayiş etdirdi.  Bu isə vətəndaşın qarşıya qoyduğu tutarlı dəlilləri ilə razılaşmaqdan başqa bir şey deyil.Görsənən odur ki, vətəndaşın da qeyd etdiyi kimi,nə polis rəisi Nəriman İmanov,nə də onun müavini Rauf Babaşov oğruların tutulmasında həqiqətən də maraqlı deyillər.Amma Daxili İşlər naziri,General-polkovnik Vilayət Eyvazovun cinayətkarlıqla mübarəzidə sərt mövqeyi heç də bunları demir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password