Qarabağ qazisini öldürən biznesmenə vəzifə verilib – FOTOFAKT

Ötən ilin iyul ayında idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə yolu keçən Qarabağ qazisi Azər Məmmədovun ölümünə səbəb olan Mirzə İlqar oğlu Bəşirova vəzifə verilib.

Məlumata görə, M.Bəşirov keçmiş Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibovun rəhbəri olduğu Basketbol Federasiyasının rəyasət üzvləri sırasında yer alıb.

Qeyd edək ki, Mirzə Bəşirov həmin hadisədən sonra həbs olunmayıb.

Bundan əlavə, M Bəşirov KVN-nin aktyoru Emil Abbasovun dostudur, qəza zamanı onun da avtomobildə olduğu bildirilmişdi.

KİV-də yayılan məlumata əsasən, M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlu bizneslə məşğul olurlar.(unikal.org)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password