Deputat – “Su ilə bağlı böyük problemlər var”

 

“Su ehtiyatları ilə əlaqədar Azərbaycanda böyük problemlər var”. 

Bu sözləri deputat Vahid Əhmədov su təsərrüfatı sahəsindəki vəziyyətə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, istər içməli su, istərsə də əkin sahələrinin suvarma suyu ilə bağlı problemlər vaxtında həllini tapmasa daha acınacaqlı vəziyyət yarana bilər.

Bununla belə, Vahid Əhmədov hesab edir ki, su təsrrüfatı sahəsində müəyyən işlər də görülüb.

“Əvvəllər rayon mərkəzlərində su yox idi. Amma indi əksər rayon mərkəzləri su ilə təmin olunub. O cümlədən bir çox kəndlərə də su çəkilib. Yəni işlər də görülüb, bunu danmaq olmaz. Amma əlbəttə ki, problemlər də var. Baxmayaraq ki, bu sahəyə kifayət qədər vəsait ayrılıb.

Prezident də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə bu məsələyə toxundu və Baş nazirin müavini Şahin Mustafayevin rəhbrəliyi ilə komissiya yaradılması barədə göstəriş verdi”, – deyə deputat bildrib.

Vahid Əhmədov qeyd edib ki, problemin bir səbəbi də Kür və Araz çayı ilə bağlıdır. “İşğal olunmuş ərazilərimizdə Araz çayının suyundan istifadə edilir. Bu da əlbəttə Azərbaycanda su təsərrüfatına təsirsiz ötüşmür.

Digər tərəfdən, vaxtilə özbaşınalıqlar nəticəsində Kür çayının yaxınlığında sahələr tutulub. Orada əkin aparılır və Kürün suyundan istifadə edilir. Buna ciddi nəzarət olmalıdır. Ümumiyyətlə, bu sahəyə yatırılan investisiyalara nəzarət mexanizmi tətbiq edilməli, ictimai nəzarət təmin olunmalıdır. Su probelmi sıradan bir porblem deyil. Bu kifayət qədər ciddi məsələdir. İndi müvafiq qurumlar müəyyən layihələrə həyata keçirir.

Əgər əvvəllər Bakı Şollar suyu ilə təmin edilirdisə, artıq Qəbələdən də su çəkilib. Bununla belə, yenə də problem tam həll olunmayıb. Deməli, daha ciddi işləmək su təsərrüfatı sahəsinə dırnaqarası yanaşmaq lazım deyil.

Bir məsələni də qeyd edim ki, bu gün su problemi təkcə Azərbaycanı deyil, dünyanı narahat edən məsələdir. Qlobal istiləşmə, quraqlıq da bu problemi dərinləşdirən amillərdəndir”.

Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirib. Ölkə başçısı müşavirədə bu sahə ilə bağlı təqidi fikirlər səsləndirib. O, su təsərrüfatına iri həcmli investisiyalar qoyulsa da, səmərə vermir.  “Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır ”, – deyə ölkə başçısı vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password