Yunanıstan Bizans xülyasından xilas olmalıdır – Türkiyə XİN
“Yunanıstan 567 ildir xilas ola bilmədiyi Bizans yuxusundan artıq oyanmalıdır”.
“TRT Haber” xəbər verir ki, bu ifadə Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstan parlamenti və hökumətinə ünvanlanan müraciətində vurğulanıb.
“Yunan hökuməti və parlament üzvlərinin düşməçinlik yayan bəyanatlarla xaqlı təhrik etməsini və şanlı bayrağımızın Selanikdə yandılımasına icazə verilməsini sərt şəkildə qınayırıq. Ayasofyada yenidən səcdəni həzm edə bilməyən Avropanın əl uşağı yenə xəyala dalıb. Tarixdən lazım olan dərsi ala bilməyən irqçi başlar, şanlı bayrağımıza hörmətsizlik edənlər Egeydəki aqibətini xatırlamaları gərəkdir. Yunanıstan 67 ildir oyanmadığı Bizans yuxusundan oyanmalı və bu xəstəlikdən qurtulmalıdır”, – müraciətdə vurğulanıb.
Qeyd edək ki, 86 ildən sonra ilk dəfə iyulun 24-də Ayasofya məscidində Cümə namazı qılınıb, bununla da bu tarixi abidə yenidən məscid olaraq fəaliyyətini bərpa edib.
Yunanıstan parlamenti və hökumətinin üzvləri bu hadisə ilə bağlı Türkiyənin ünvanına təhqiredici fikirlər söyləyib. Onların tərəfdarları isə Selanikidə Türkiyə bayrağını yandırıblar.
Egey hadisələrinə gəlincə, 1922-ci il sentyabrın 9-da Yunanıstan ordusu türk ordusu tərəfindın İzmirdən qovularaq Egey dənizinə tökülüb.