Vəzifəsindən azad edilmiş Arif Qasımov yarımçıq işlərini kimin əli ilə reallaşdırır,nə kimi planlar qurur?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu artıq 14-cü gündür ki.tutduğu vəzifəsindən azad edib.Sabiq İcra başçısını vəzifəsi ilə vidalaşdıran səbəblər artıq bu gün heç kimə sirr deyil.Xatırladaq ki,Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkının sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində Arif Qasımovun göstərişi və yaxud da icazəsi ilə restoran, çay evi və əyləncə mərkəzinin tikintisnə başlanılmışdı.Bu da,təbii sakinlərin haqqlı narazılığına səbəb olmuşdu.Sakinlərin şikayətindən xəbər tutan Prezident İlham Əliyev isə Icra başçısının bu özbaşınalığına onu tutduğu vəzifədən kənarlaşdırmaqla son qoydu.
Qeyd edək ki,Nizami rayonunda sakinlərin narazılıq etdiyi bu cür parklar çoxdu.Elə “Lotos” Ticarət Mərkəzinin yaxınlığındakı şam ağaclarının naməlum adamlar tərəfindən gecə ilə kəsildiyini görəndə də sakinlər narazılıq etmişdi. Lakin Arif Qasımov heç bir şikayətə baxmadan ağacların yerində ticarət obyektləri, restoran,kafe tikdirdi.Rayondakı 8 km bazarının yaxınlığında yol boyu ticarət mərkəzləri tikiləndə də sakinlər narazılıq etmişdilər.”Neftşilər” metrostansıyasının ətrafında gecələr quraşdırılan ticarət obyektlərinin vətəndaşların gediş-gəlişinə mane olduğundan da narazılıq etmişdilər.Lakin onda Arif Qasımov heç kimi saymırdı. Bütün bunlar başqa bir məqalənin mövzusudur.
Aktualinfo.org-un əldə etdiyi son məlumatlara görə vəzifəsi ilə vidalaşmasına baxmayaraq Arif Qasımov bu gün də Nizami rayonunda fəaliyyətini davam etdirir.Məlum olduğu kimi,Arif Qasımovun Nizami rayonu ərazisində sayı bəlli olmayan obyektləri fəaliyyət göstərir. Bu barədə dövrü mətbuatda da kifayət qədər məlumatlar yayılıb.Əldə etdiyimiz məlumatlara görə Arif Qasımov vəzifədə olarkən rayonda həyata keçirmək istədiyi bir sıra yarımçıq qalmış işlərini bu gün Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin əli ilə davam etdirir.Keçmiş başçının vəzifə başında olduğu dönəmlərdə pulunu alıb, söz verdiyi adamlarla qalan sövdələşmələri məlumatlara görə bu gün Ramsin Abdullayev həll edir.Məlumatlara görə Arif Qasımov hazırda “jek” müdirini İcra Hakimiyiyyətində ən azı müavin vəzifəsinə qoydurmaq istəyir.
Verilən məlumatlarda Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayev də keçmiş İcra başçısının göstərişlərini həyata keçirməklə yanaşı,gələcəyi üçün planlar qurur. Rayon ərazisində baxımsızlıq üzündən zibilliklərə çevrilmiş bir çox yerlər artıq təmizlənib.Bunun üçün Ramsin Abdullayev rayonun bütün Mənzil Kommunal İstismar Sahələrini ayağa qaldırıb gecə-gündüz əraziləri aylara qalan zibillərdən təmizlətdirir.Bu da həm gələcək planları həyata keçirməyə,həm də keçmiş fəaliyyətsizliyi ört-basdır etməyə hesablanıb.Bunlara baxmayaraq, Ramsin Abdullayevin vəziyyəti yaxşı olmaya da bilər.Belə ki,istirahət parklarının yenidən qurulması və abadlıq işlərinin aparılması,rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının fasadlarının,dam örtüklərinin və blokların təmirinin aparılması və digər işlər üçün rayona ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsi hallarının istənilən vaxt üstünün açılması ehtimalı qaçılmazdır.Əgər Nizami rayon İcra Hakimiyyətinə yeni təyin olunacaq İcra başçısı görülmüş işlər barədə Ramsin Abdullayevdən hesabat tələb edərsə. Yox,əgər Ramsin Abdullayev başçının müavini olarsa,onda bu hesabatdan qurtula bilər. Məlumatlara görə Arif Qasımovun da hazırda üzərində çalışdığı məhz ikinci variantdır.
Aktualinfo.org