Kiyevdə bir erməni dörd azərbaycanlını güllələdi
Dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə güllə atılıb, onlardan ikisi yaralanıb.
Bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov deyib.
“Bu mesajı aldıqdan sonra mən və idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdanda binanın həyətində erməni nömrəsi olan bir avtomobil görüblər. Avtomobil sahibi azərbaycanlılarla mübahisəyə başlayıb. Bundan sonra ona başqa bir erməni də qoşulub. Onlardan birində istifadə etdiyi tapança olub. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır”. H. Cavadov belə deyib.(konkret.az)