“Ermənilərə ağırlaşdırılmış maddə ilə cinayət işi açılıb” – Baş konsul

“Dünən Los Anceles Polis İdarəsi rəsmən bəyan etdi ki, bu hücumu, vəhşiliyi məhz ermənilər azərbaycanlılara qarşı törədib. Polis İdarəsi bu açıqlamanı etməklə bütün suallara rəsmən son qoymuş oldu”.

Bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmçinin Polis İdarəsinin bəyanatında qeyd olunur ki, azərbaycanlılara qarşı törədilən bu vəhşilik nifrət zəminində törədilən cinayət kimi araşdırılacaq:

“Bu isə olduqca ağırlaşdırılmış bir maddədir. Hazırda erməni daşnakları bunun altından necə çıxacaqlarını bilmirlər.

Çünki bu günlərdə erməni daşnakları çalışırdılar ki, bunu ört- basdır etsinlər. Azərbaycanın sadəcə öz ifadə azadlığını həyata keçirən dinc vətəndaşlarına qarşı törədilən bu vəhşilik erməni daşnaklarının əsl xislətini bir daha ortaya qoydu. Yerli ictimaiyyət də bunu öz gözləri ilə gördü. Faktiki olaraq daim erməniləri tərifləyən, onların dəyirmanına su tökən media orqanları belə bu gün erməni daşnaklarının törətdiyi cinayətdən yazırlar. Bundan erməni lobbisi olduqca narahatdır”.

Baş konsul xatırladıb ki, hadisə baş verən gün 4 nəfər xəsarət alan vətəndaşımız xəstəxanaya yerləşdirilib:

“Həmin gün şəxsən mən bütün yaralılarla görüşdüm və danışdım. Elə həmin gün onlar evə buraxılıb. Onların tibbi xərcləri, vəkillərin tutulması Azərbaycan dövləti tərəfindən qarşılanacaq. Bu da olduqca önəmli bir məqamdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password