Moskvada ermənilər dava üçün toplaşırlar – VİDEO

Ermənilər heç bir günahı olmayan azərbaycanlı gənci döyərək ondan rus dilində “mən qoyunam” deməsini tələb edirlər, onu amansızcasına döydükdən sonra çıxıb gedirlər.

Aktualinfo.org xəbər verir ki, bununla bağlı “Yeni Müsavat”ın redaksiyasına Moskvada yaşayan azərbaycanlılar tərəfindən videogörüntülər təqdim olunub.

Digər videoda isə tanınmış sosial media istifadəçisi olan bir erməni canlı yayımda yalnız kişi izləyicilərinə çağırış edərək təcili yığışmaq lazım olduğunu deyir.

O, təxminən 2 min nəfərin Moskva şəhərindəki 32-ci kilometr adlanan ərazidə yerləşən erməni bazarında toplaşacağını bildirir və izləyicilərindən videonu paylaşaraq daha çox erməninin bir araya gəlməsində vasitəçi olmalarını istəyir. Həmin şəxs gəlmək istəyən insanların onunla əlaqə saxlamalarını xahiş edir və qadınların evdə oturmalarını məsləhət görür.

 

O, erməni xalqının bu gün bu məsələni həll etməli olduğunu vurğulayır.

Sözügedən görüntüləri təqdim edirki:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password