Saxta sərəncamlı “Təhsil naziri” Məhəbbət Vəliyeva… – Bu xəbəri kimlər yayıb?
Ötən həftənin ən diqqətçəkən hadisələrindən biri də təbii ki,Xarici İşlər naziri Elmar Məmmədyarovun vəzifəsindən azad olunması oldu. Onun yerinə təyinat isə Azərbaycan cəmiyyəti üçün bir qədər çaşqınlıq effekti yaratdı. Buna rəğmənTəhsil naziri Ceyhun Bayramovun dilsiz və fərsiz Elmar Məmmədyarovu əvəz etməsi bir çox ekspertlər tərəfindən yüksək qiymətləndirildi və onun bacarıqlı,vətənpərvər,təmiz qanlı Azərbaycan türkü olması xüsusi vurğulandı.Baxmayaraq ki,diplomatiya sahəsində təcrübəsi yoxdur.Ən əsası isə hazriması,iradəsi,analitik düşüncəsi,nitq qabiliyyəti,çətin situasiyalarada qərar qəbuletmə və manevr ikanları yetərincədir…
Ancaq bu təyinatdan dərhal sonra ictimaiyyəti,xüsusən də təhsil işçilərini daha bir sual düşündürməyə başladı. Görəsən,yeni Təhsil naziri kim olacaq? Bu sual həm sosila şəbəkələrdə,həm də bir çox media qurumlarında müzakirə mövzularından biri oldu.Müxtəlif adlar səsləndirldi:Professor Ədalət Muradov,prezidentin köməkçi Fərəh Əliyeva, professor Mustafa Babanlı və s. Bu müzakirələrin getdiyi vaxtda sosila şəbəkələrdə,təhsil qruplarında və bəzi qeyri-ciddi elekton media orqanlarında az qala ildırım sürəti ilə bir “sərəncam” yayıldı.17 iyul 2020-ci il tarixli “Sərəncam”a görə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Respublikasının Təhsil naziri təyin olunub.Heç bir rəsmi mənbəyə əsaslanmayan bu cür informasiyanın yayılması isə təsadüfü olma bilməz.Bu “xəbər”in məqsədli şəkildə yayılması mütləqdir və arxasında cəmiyyəti çaşdırmaqla yanaşı, “mən də varam”, “məni də unutmayın”, “mən ən real namizdəm” kimi ismarıcları verilməkdir. Az müddət sonra yayılmış informasiyanın qeyri-rəsmi olduğunu hər kəsin bildiyi halda, nədənsə nazir müavini Məhəbbət Vəliyeva susuqunluq nümayiş etdirdi və bu sobatajla bağlı bir kəlmə də olsun açqılma vermədi.Əcaba,niyə???
Apardığımız kçik təhlillər və araşdırmalar zamanı bəlli oldu ki,adətən bu qəbildən olan informasiyaların yayılmasını ya o vəzifəyə getmək istəyən şəxsi himayə edən “böyük krışalar”ın nəzarətində olanlar yayır, ya da həmin şəxsi özü (!)…Belə olan halda isə ortaya xeyli suallar çıxır.Yoxsa,belə bir sobataja əl atanlar və belə bir dezinformasiyanın yayılmasına rəvac verənlər “köhnəlmiş qvardiya”nın təmsilçilırdir? Bunlar kimə təzyiq etmək istəyirlər? Bəlkə, “paralel yapı”ya çevrilməkdə olan (əslində çevrilmiş) anti-islahtçılar öz varlıqlarını nümayiş etdirmək istəyirlər?
İndi isə keçək məsələnin hüquqi tərəfinə.Tanınmış hüquqşünas Səməd Vəkilovun sözügedən informasiyaların yayılmasına münasibəti belə oldu: “Vaxtı ilə ikimininci illərdə belə bir anoloji cinayət baş vermişdir. Bir nəfər Prezident adından sərəncam verərək özünü vəzifəyə təyin edərək, nazirliklərdə yoxlamalar apararaq milyonlarla pul yığmışdır. Sonra həmin cinayət hadisəsinin üstü açıldı və həmin şəxs həbs edildi”.
O ki qaldı mövcud situasiyanın hüquqi məsuliyyətinə…Səməd Vəkilov deyir ki,hazrki durumda Prezident adında saxta sərəncam verib sosial şəbəklərdə yayaraq ictimai rəyi formalaşdıraraq hər hansı bir təyinata nail olmaq cəhdidir. Lakin bu əməldə birmənalı şəkildə cinayət tərkibi var və bu sərəncamı hazırlayan və dövriyyəyə ötürən şəxs və şəxslərin dairəsi müəyyənləşdirilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu çox təhlükəli tendensiyadır. İlkin olaraq sənədlərin saxtalaşdırlması ilə bağlı faktla bağlı fakt üzrə cinayət işi başlanmalı sonra isə cinayət əməlinin iştirakçılarının dairəsi ictimai təhlükəli əməllərinin ağırlıq dərəcəsi müəyyənləşdirilərək mühakimə edilməlidir.
Onu da qeyd edək ki,yeni “nazir” Məhəbbət Vəliyevanın mövqeyini öyrənmək istəsək də,ona ulaşa bilmədik.Buna rəğmən bütün hallarda onun mövqeyini dərc etməyə hazırıq.Yəqin ki,müvafiq yuxarı dövlət orqanları bu məsələ ilə bağlı araşdırma aparacaq və lazımi hüquqi tədbirlər görəcək.(kanal32.az)