Ramzan Kadırov general-mayor oldu – Putindən çeçen liderə jest

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırova general-mayor rütbəsi verib.

Kadırov bunu VKontakte sosial şəbəkəsində elan edib.

Kadırov Vladimir Putinin telefonla titulun verilməsi haqqında fərmanını şəxsən özü oxuduğunu söyləyib.

Çeçenistan Respublikasının başçısı qeyd edib: “Bu qərara dair xəbəri, nizamnaməyə uyğun olaraq, farağatla ayaq üstə qəbul etdim”.

Kadırov onu da bildirib ki, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov onu Daxili İşlər Nazirliyinin strukturundan Rusiya Qvardiyasına keçirib.

Eyni yazıda Çeçenistan rəhbəri ABŞ-ın sanksiya siyahısına daxil edilməsinə cavab olaraq yayımlanan pulemyotla rezonanslı fotosunu şərh edib.

Kadırovun sözlərinə görə, silah ona deyil, Rusiya Qvardiyasına aiddir və şəkil arsenal yoxlanarkən çəkilib.

“Fürsətdən istifadə edərək cavab verirəm: Rusiya Qvardiyasının bu silahı təlimatların bütün tələblərinə uyğun olaraq saxlanılır. Mən özüm hərbçiyəm və buna görə vaxtaşırı şəxsi heyətin silah saxlama qaydalarına necə əməl etdiyini yoxlayıram. Bu foto o zaman belə yoxlamalardan birində çəkilib” deyə Kadırov əmin edib.

Ramblerin xəbər verdiyi kimi, bazar ertəsi günü ABŞ Dövlət Departamenti Kadırovu, həyat yoldaşı Mednini, qızları Ayşat və Xadijatı insan hüquqlarının pozulmasında iştirak edən şəxslərin siyahısına daxil edib. Buna cavab olaraq Kadırov sosial şəbəkələrdə pulemyotla fotosunu yerləşdirib və Pompeoya “döyüşü qəbul etdiyini” bildirib.

Daha sonra o, ABŞ dövlət katibi Mayk Pompeonu Çeçenistanda doğma kəndinə dəvət edən bir video mesaj yayımlayıb.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password