Nazir müavini: “ABŞ polisi Baş Konsulluğu və azərbaycanlıları qoruya bilməyib”

“Ermənistan hərbi meydanda məğlub olandan sonra Vaşinqtonda, Torontoda, Stokholmda, Los Ancelesdə, Brüsseldə və digər şəhərlərdə soydaşlarımıza qarşı təxribatlar törədilir”.
 Bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

O bildirib ki, Ermənistan danışıqlar prosesində bankrot siyasət sahibi olduqdan sonra dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün bu cür iyrənc addımlar atmağa başlayıb: “Bu qarşıdurmalarda Azərbaycan tərəfdən vətənpərvər insanlar iştirak edir, Ermənistanın siyasətinə etirazlarını bildirirlər. Radikal erməni qrupları hər cür radikallıqdan çəkinməyərək, Azərbaycana məxsus diplomatik missiyalara, etnik mənsubiyyətinə görə azərbaycanlılara hücum etməklə məşğul olurlar”.
Nazir müavini qeyd edib ki, ermənilərin bu əməlləri də boşa çıxacaq: “Həmin xarici ölkələr heç vaxt imkan verməzlər ki, ölkələrində irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Ermənistan bilməlidir ki, Azərbaycanın qüdrəti onun birliyindən qaynaqlanır. Azərbaycan dövləti hər yerdə vətənpərvər soydaşlarının yanındadır. Ermənistanın təşkil etdiyi bu hücumlar artıq öz nəticəsini vermir. Çünki Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunub. Ölkələrlə yüksək səviyyədə ikitərəfli münasibətlər qurulub. İnanıram ki, ermənilərin qaragüruhçuluğuna icazə verilməyəcək. Mən ABŞ səfiri ilə görüşmüşəm, mövzu Los Ancelesdə ermənilərin azərbaycanlılara qarşı hücumu ilə bağlı idi. Təəssüf edirik ki, ABŞ polisi Baş Konsulluğu və azərbaycanlıları qoruya bilməyib. Səfir bildirdi ki, ABŞ polisi araşdırma aparır və bu təxribata hüquqi qiymət veriləcək. Biz digər səfirlərlə də görüş keçiririk. Azərbaycan dövləti hər bir soydaşımızın yanındadır. Biz imkan verə bilmərik ki, Ermənistan xaricdəki diplomatik missiyalarımıza, soydaşlarımıza təzyiq göstərsin. Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan dövləti də vətəndaşlarımıza harada yaşamasından asılı olmayaraq dəstək verməyə hazırdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password