Erməni politoloq ABŞ Konqresinin Azərbaycanın xeyrinə qəbul etdiyi qətnamədən yazdı

Erməni politoloq Suren Sarkisyan öz Facebook  səhifəsində ABŞ Konqresində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal faktını qəbul edən qətnaməyə toxunub.

Bu haqda məlumatı erməni mediası yayıb.

O, xüsusilə yazıb:

Erməni politoloq ABŞ Konqresinin Azərbaycanın xeyrinə qəbul etdiyi qətnamədən yazdı

“Ermənistan ordusu Azərbaycan sərhədində mövqelərini qoruyarkən Konqresdə mövqelərini möhkəmləndirmək üçün əsl Ermənistan-Azərbaycan lobbi müharibəsi gedir. Büdcə ayırmaları fonunda bir sıra qətnamələr gündəmə gətirilir.

Hal-hazırda aşağıdakı vəziyyətimiz var:

  1. F. Pallonenin bizə təqdim etdiyi qətnamə qəbul edildi (Azərbaycana hərbi yardımın elan edilməsi)
  2. Jackie Speierin təqdim etdiyi qətnamə üzrə səsvermə önümüzdəki günlərdə keçiriləcək (Qarabağın minadan təmizlənməsi)
  3. Azərbaycanlıların təqdim etdiyi üç qətnamədən biri qəbul edilmədi (Koenin Qarabağa yardımı qadağan edən qətnaməsi), ikincisi müəllifin özü tərəfindən müzakirədən çıxarıldı (Kuelaranın Qarabağa aid qətnaməsi). Üçüncüsü – ən çox erməni əleyhinə qətnamə qəbul edilərək Senata göndərildi.

Konqres üzvlərinə çağırışlar və onlara təzyiq göstərmək məsələsində erməni icmasının müstəsna fəaliyyəti (?), bu nəticələrə səbəb olan lobbiçilərin fövqəladə təşkilatçılıq istedadı (?) barədə də deməliyəm.

Anladığınız kimi, müharibə bütün cəbhələrdə davam edir ”.

Haşiyə: Erməni politoloqunun statusda toxunduğu məqamları olduğu kimi vermək qərarına gəldik. Onlar Tovuz cəbhəsində olduğu kimi ABŞ Konqresindəki uğursuzluqlarını da rəsmi olaraq boyunlarına aldılar. İndi növbə yenə də Azərbaycan diplomatiyasınındır.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password