Ərdoğan erməni hücumu ilə bağlı TŞ-nı topladı
İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq.
Bu sözlər Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında yer alıb. Bildirilir ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir.
Məlumatda, həmçinin qeyd olunur ki, dünyadakı siyasi və iqtisadi vəziyyət yeni formada nizamlanır. Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirmək üçün zəruri olan mexanizmlər yaratmalıdır.(axar.az)