TƏBİB iyulun 21-nə olan statistik göstəriciləri açıqlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 034 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 641 732 test aparılıb. Onlardan 28 242-nin cavabı pozitiv çıxıb. İndiyədək 376 nəfər COVID-19-dan dünyasını dəyişib, 19 939 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7 927 nəfərdir. 332 nəfər reanimasiyada, 66 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 352 yoluxma faktı qeydə alınıb, 13 nəfər dünyasını dəyişib, 449 pasiyent sağalıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password