İrəvanda şok yaşanır: ABŞ Qarabağın işğal faktını tanıyır…

ABŞ tarixində ilk dəfə Konqresdə ermənilərə qarşı ən sərt qanun layihəsi müzakirə olunur.

Bunu jurnalist Elçin Alıoğlu erməni siyasi şərhçi, İrəvandakı Amerika Tədqiqatları Mərkəzinin direktoru Suren Sərkisyanın Feysbukdakı paylaşımına istinadən yazıb.

O bildirib ki, mövcud durum erməni siyasi şərhçini çox narahat edib:

“O, Ermənistanı, habelə bütün dünya ermənilərini, xüsusilə də ABŞ-dakı erməni diaspor təşkilatlarını qətnaməyə qarşı vahid düşərgədə çıxış etməyə çağırıb. Nə baş verir? ABŞ Konqresinin Nümayəndələr Palatasının Məhkəmə-ədliyyə komitəsi “Milli Müdafiə haqqında” qanun layihəsini müzakirə edir. Layihədə yazılıb: “… ABŞ-ın Dövlət katibi Müdafiə naziri ilə birlikdə Konqresin müvafiq strukturlarına Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandakı daxili köçkünlərin statusu ilə bağlı məruzə təqdim etməlidirlər. Məruzədə bu səciyyələndirmələr yer almalıdır: 1. Xarici qüvvələr tərəfindən bu ölkələrin işğal olunmuş ərazilərindən 1991-ci ildən bəri zorla çıxarılmış Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşlarının sayı. 2. Xarici ölkələrin qoşunlarının işğal əməliyyatları zamanı qətlə yetirilmiş Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan vətəndaşlarının sayı”.

Qanun layihəsi faktiki olaraq Ukrayna, Azərbaycan, Moldova və Azərbaycan ərazilərinin bir qisminin “xarici qüvvə”lər tərəfindən işğalını təsdiqləməklə yanaşı, bu işğal zamanı yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanları “daxili köçkün” statusu ilə yanaşı, işğal qurbanları statusunda tanıyır. Bir qədər də sadə yazsam, qanun layihəsi indiki redaksiyada qəbul olunarsa, ABŞ Ermənistanı Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş dövlət olmaqla yanaşı, Azərbaycan vətəndaşlarını işğal zamanı amansızlıqla qətlə yetirmiş ölkə kimi tanımalıdır. Sənəd ABŞ Senatında səsə qoyulacaq”, – E.Alıoğlu bildirib.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password