“Ərdoğan Rusiyaya meydan oxudu” – Ankaradan Azərbaycana şok dəstək

“Bunun adı nə Dağlıq Qarabağ, nə də Ermənistan-Azərbaycan münaqişəsidir, bu, işğalçı Ermənistanın yaratdığı problemdir”.
Bunu Türkiyənin təhlükəsizlik eksperti Coşqun Başbuğ deyib.


Ekspertin Ermənistanın Tovuz istiqamətindəki son təxribatları haqda münasibəti belə olub:
“Niyə bu təcavüzkar hücumu indi həyata keçirdi? Bunun bir ucu Rusiyaya gedib çıxır. Rusiya Ermənistanı əvvəldən dəstəkləyən və onu türk dünyasının arasında maneə kimi qoyan bir dövlətdir. Bu, çar dövründən qalma bir plandır. Türkiyə Azərbaycanla qonşu olmasın deyə, bu qondarma dövləti yaratdı. Tarix boyu həmişə ermənilərdən istifadə edib, hələ də istifadə edirlər”.

Başbuğ Azərbaycanın Ermənistan qarşısında həm hərbi, həm də texnoloji cəhətdən güclü olduğunu bildirib:
“Yəni belə bir savaş İrəvan üçün intihar olardı. Ümumiyyətlə, Azərbaycanı Ermənistanla müqayisə etmək ağılsızlıqdır. Azərbaycanın 10 milyondan çox əhalisinin 4-5 milyonu bir anda silahlana bilər. Ermənistanın isə 3 milyondan az bir əhalisi var ki, onun da çoxu zəif durumdadır. Ermənistanın döyüşmək gücü olmayan bir əhalisi var. Ermənistan bu məsələdə sinifdə qalır.

Azərbaycanın isə nizamlı ordusu var və Ermənistandan xeyli irəli səviyyədədir. Üstəgəl, Azərbaycanın hərbi büdcəyə ayırdığı pulları və hərbi arsenalında hansı silahların olduğunu saysaq, belə bir savaşın Ermənistan üçün ölümcül nəticələr doğuracağını asanlıqla deyə bilərik”.
Ekspertin sözlərinə görə, Ermənistanı Azərbaycana qarşı təxribata sövq edən Rusiya bununla həm də Liviyada uğur qazanan Türkiyəyə mesaj vermək istəyib: “Ermənistan heç vaxt təkbaşına belə bir hücuma cürət etməzdi. Türkiyə və Azərbaycan bir-birini “bir millət, iki dövlət” kimi, öz qanından və öz canından olan dövlət kimi görür. Rusiyanın da Türkiyənin baş verənləri susqunluqla izləməyəcəyini bilirdi. Xarici işlər nazirimiz də açıq şəkildə bildirdi ki, kimsə Azərbaycanın tək olduğunu düşünməsin. Bunu belə də qəbul etmək olar, Azərbaycana olan hücum Türkiyəyə olan hücumdur. Rusiya bunun fərqində olduğu üçün şimalda Türkiyəyə qarşı cəbhə açır. Türkiyə ehtiyac yaranarsa, Rusiyaya burada da cəbhə aça bilər”.
Başbuğ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələ ilə əlaqədar açıqlamasına da diqqət çəkib:

“Ərdoğan bu haqda danışarkən “Orada oynanılan oyunu görürük, orada nə etmək istədiklərini bilirik. Bununla bağlı lazım olan tədbirlər görüləcək” dedi. Bu, Rusiyanın həmləsinə qarşı meydan oxumaqdır”.(teleqraf.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password