İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir.

Şəhidimizin məzarı ziyarət edilib, ailəsinə baş sağlığı verilib.

Mərasimdə iştirak edən Rauf Arifoğlu Musavat.com-a deyib ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, bunun mexanizmi müzakirə edilib.

Həmçinin bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.(musavat.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password