Ermənilər bu azərbaycanlı gənci tapana MÜKAFAT VƏD ETDİ

Ermənilər Ermənistanın dövlət idarələrinin, eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olaraq onları izləyən azərbaycanlı gənc Rəşad İbrahimovu tapana mükafat vəd ediblər.

Bu barədə Rəşad İbrahimov bildirib ki, 15 ilə yaxındır ki, İnformasiya Texnologiyaları (İT) mütəxəsisi olaraq çalışır və onların Tovuz hücumundan sonra öz biliklərini ermənilərin üzərindən sınaqdan keçirib:

“Artıq 15 ilə yaxındır ki, İT sahəsindəyəm. Bu istiqamətdə bir çox fəaliyyətlərim olub. Ən son olaraq Ermənistanın dövlət idarələrinin və eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olub onları izləyirəm. Ermənilər döyüş meydanında olduğu kimi texnologiya sahəsində də müasir dövrdən qat-qat geridədilər. Bu işlərimə görə 500-dən çox cəhd edilib “Facebook” hesabımın qırılması üçün. Mütəmadi olaraq bu işlərlə məşğul deyiləm, bu işlə məşğul olsaq kifayət qədər əhəmiyyətli məlumatlar əldə etmək mümkündür”. (correct.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password