İnformasiya müharibəsi: Biz nəyi düz etmirik? – MİLLƏT VƏKİLİ

İyul ayının 12-də Ermənistanın hərbi birləşmələri Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətindən irimiqyaslı təxribat törətmək istədi. Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi.

Müassir dövrdə cəbhədə döyüşməklə yanaşı, düzgün informasiya müharibəsi də aparmaq lazımdır. Bəs düzgün iformasiya müharibəsi aparmaq üçün nə etməliyik?

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, hazırki məqamda doğru informasiya yaymaq, onu dünyaya çatdırmaq çox önəmlidir:

“Bu gün ölkəmizdə yüzlərlə KİV vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək, cəmiyyətimizin informasiyaya ehtiyacının ödənilməsində, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediasında da çoxlu istedadlı insanlar var və onlar dövlətin düşmənə qarşı mübarizəsində böyük dəstək verirlər. Amma ümumilikdə ölkəmizdə inforasiya sahəsində müəyyən qədər zəiflik var. Əgər səsmizi dünyaya çatdırmaq istəyiriksə, planlı şəkildə iş qurmalıyıq. Əks halda apardığımız informasiya müharibəsi istədiyimiz nəticəni verməyəcək.

Unutmamalıyıq ki, belə bir məqamda dövlətin informasiya siyasətinin gerçəkləşdirilməsində KİV-lərin rolunun, informasiyanın insanlara təsir gücünün daha da artırılmasına ciddi ehtiyac var”.

Millət vəkili informasiya müharibəsində əsas şərtin təxribatlara çevik və tutarlı cavab vermək olduğunu bildirib:

“Təəssüf ki, biz bəzən bütün media qurumlarında sadəcə standart mətn üzərindən cavab verildiyini görürük. Bu da təbii ki, yetərli olmur. Əgər düzgün informasiya müharibəsi aparmaq istəyiriksə, düşmənin istənilən təxribatına çevik və tutarlı üslubda cavab verməliyik. Lakin bir çox hallarda bunu görmürük. Bu baxımdan düşünürəm ki, Prezident Administrasiyasında media sektoruna diqqət gücləndirliməli və dövlətin kordinasiya işi daha qabarıq özünü göstərməlidir. Medianın bu prosesdə rolu çox əhəmiyyətlidir”.(redaktor.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password