Ermənistan Qarabağa nəzarəti itirmək ərəfəsindədir – ukraynalı politoloq
Əminliklə deyə bilərik ki, bu müharibədə ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Bu sözləri ukraynalı politoloq Sergey Zaporojski Ermənistanın Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi müharibə cinayətlərindən danışarkən deyib.
Ekspertin fikrincə, Azərbaycan Ermənistana adekvat cavab verməlidir.
“Düşmənin hər hansı bir təxribatına sərt cavab vermək lazımdır ki, itkiləri azərbaycanlılardan dəfələrlə çox olsun. İşğalçılarla dinc söhbətlər heç bir şeyə səbəb olmayacaqdır. Ukrayna bunu Donbassdakı Rusiya ilə müharibədən yaxşı bilir” deyib.
Politoloq Ermənistanın Rusiya silahlı qüvvələrindən kömək ümidlərini boş adlandırıb.
“Əgər Ermənistan Rusiyanın Azərbaycanla müharibə üçün öz qoşunlarını verməyə hazır olduğunu gözləsə, bu ümidlər boşdur. Rusiya, şübhəsiz ki, Azərbaycanı dəstəkləyən Türkiyə ilə qarşıdurmaya getməyəcək.
Üstəlik, KTMT-nin digər ölkələrindən heç biri Ermənistanın tərəfini tutmayacaq. Paşinyan başa düşməlidir ki, hərbi əməliyyatların gərginləşməsi Ermənistan üçün çox ciddi problemlərə və Dağlıq Qarabağa nəzarətin itirilməsinə səbəb olacaq” deyib.(konkret.az)