Tovuzda son vəziyyət – AÇIQLAMA
Bunu hazırda Tovuz rayonunda olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, düşmən tərəf D30 toplardan, eyni zamanda minamiyotlardan istifadə edir, artilleriya qurğusunun səsi demək olar ki, səngimir:
“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirəm. Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.
Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Ordusu bunun qarşısını alır və cavab atəşi ilə düşməni susdurur. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvə məhv edilib. Erməni tərəfi bu gecə onlarla itki verib, itkiləri gizlədir. Ermənilər artilleriyadan istifadə etməklə artıq dinc əhalini, kənd sakinlərinin evlərini də vurmağa başlayıblar. Lakin dinc əhali arasında heç bir panika yoxdur”.(trend.az)