Ordumuzun dəqiq zərbələrindən sonra Ermənistan ordusunun görüntüləri yayıldı – VİDEO

Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Azərbaycan ordusunun Ermənistanın hərbi mövqelərinə vurduğu zərbənin görüntüləri erməni əsgərlər tərəfindən lentə alınıb. Görüntülərdə əsgərlərin artilleriya hücumuna məruz qalmış avtomobillərdəki yanğının söndürülməsinə cəhd etdiyi, lakin mümkün olmadığı bəlli olur. Əsgərlər yanğını ən primitiv üsullarla dəf etməyə çalışır. Bu da Ermənistan ordusunun texniki cəhətdən nə qədər pis və köhnə təchiz edildiyinin bariz nümunəsidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password