“BU, ERMƏNİSTANIN ÇAPINI AŞAN HADİSƏDİR” – “Azərbaycana edilən hücumların qarşısında duracağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib.

Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə Ermənistanın təcavüzünü qətiyyətlə pisləyib: “Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm”.

“Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.

Hər kəs bilməlidir ki, Türkiyə Azərbaycana edilən hücumlara qarşısında duracaq. Bütün imkanlarımızı bu məsələyə səfərbər etmək boynumuzun borcudur” – deyə, Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Ermənistan hakimiyyətinin xalqını fəlakətə sürüklədiyini bildirib: “Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir. İnanıram ki, gündəlik qazanc əldə etmək üçün Türkiyəyə minlərlə erməni də Ermənistan hökumətinin bu təcavüzkar siyasətindən narahatdır. Bölgədəki dövlətlər problemiin həlli üçün bir an öncə ədalətli mövqe ortaya qoymalıdırlar”.(azpolitika.info)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password