Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Xəbər verildiyi kimi,bir neçə gün əvvəl Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edildi.Qeyd edək ki,barəsində son vaxtlar kifayət qədər şikayətlər olunan,qanunsuz yollarla əldə etdiyi var-dövvləti Arif Qasımıvu mətbuatın gündəminə gətirmişdi. Onun vəzifəsini bu qədər asanlıqla itirməsini əslində heç kim gözləmirdi.Gürünür bu qurtuluş onu himayə edənlərin sayəsində baş tutub. Onun kimlərin himayəsində olmasını isə Bakı şəhərində bilməyən az adam olar. Arif Qasımovun karyerasını bitirən səbəblərə gəlincə.Bu barədə dövrü mətbuatda artıq yetərincə məlumatlar yayılıb.
Lakin Aktualinfo.org xatırladır ki,Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, ətraf müühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını Arif Qasımovun demək olar ki, özəlləşdirməsi barədə məlumatlar yayılmışdı. Həmin parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özünə restoran, çay evi və əyləncə mərkəzi tikdirmək istəyən keçmiş başçının bu özbaşınalığı təbii ki,sakinlərin haqqlı narazılığına səbəb olmuşdu.Qeyd edək ki,sözügedən parkda gedən tikinti işləri ilə bağlı “AzTV”-nin xəbərlər proqramında da məlumatlar yayılmışdı.
Maraqlıdır, etdiyi səhvi mətbuata bu qədər asanlıqla etiraf edən sabiq İcra başçısının gözə görünməyən daha nə qədər səhvləri olub? Birdimi,ikidimi? Məlumatlara görə Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsi və qanunsuz əməllərinin sayı bununla bitmir.Bəs bu işlərdə Arif Qasımovun yardımçısıı kim olub?
Aktualinfo.org bir müddət əvvəl Nizami rayonunun ərazisində baş verən və bir çox problemləri özündə birləşdirən məlumatlarla dolu sakinlərin şikayətlərini yaymış, geniş ictimaiyyətin diqqətinə çatdırmışdı.Sakinlər onda Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin rayon ərazisində gördüyü və görməli olduğu işlərin onları qane etmədiyindən narazılıq edirdilər.Qeyd edirdilər ki,rayon ərazisindəki köhnə binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə,xüsusilə də,8km bazarı ətrafında natəmizlik dözülməz həddə çatıb. “Neftçilər” Metrostansiyasının ətrafında yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişinə mane olur, ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir. NZS və UPD deyilən ərazilərdə də baxımsızlığın baş alıb getdiyini,boş torpaq sahələrində yeni obyektlərın tikildiyi bildirilirdi. İcra Hakimiyyətinin başçısı olmuş Arif Qasımovun isə sakinlərin problemlərinin həllindən daha çox,şəxsi maraqları üçün çalışdiğını iddia edən sakinlərin haqlı olduqları çox keşmədi özünü doğrultdu. Qeyd etdiyimiz kimi keçmiş İcra başçısına bu yöndə kömək edənlərin biri,bəlkə də birincisi məhz Ramsin Abdullayevin olduğu bildirilirdi.
Bəs rayonda hər gün yeni ticarət obyektlərin tikintisinə icazə verənlərdən biri olan,abadlıq işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlara yönəltməklə külli miqdarda pullar qazanan Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevin aqibəti necə olacaq?
Məlum olduğu kimi Mənzil Kommunal Təsərrüfat Birlikləri ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir. Hər bir rayonun ərazisində Birliyə tabe bir neçə Mənzil Kommunal İstismar Sahələri var ki, gün ərzində sakinlərə xidmət göstərməlidir. Göründüyü kimi qurumun səlahiyyətində kifayət qədər görülməli işlər var.
Lakin Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev isə dövlətin ona verdiyi, yuxarıda sadaladadığımız vəzifələri icra etmək əvəzinə rayonun İcra başçısı olmuş Arif Qasımovun qeyri leqal göstərişlərini həyata keçirib.Bunlar inkaredilməz faktlardır.Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin iştirakı gözlə görünməsə də,izləri var. Bunlar rayon ərazisində yağışdan sonra göbələk kimi çoxalan,ərazidə hər gün tikilən yeni ticarət obyektləri,görülməyən abadlıq işləridir.Ramsin Abdullayevin rayon ərazisində abadlıq və təmir işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin tender yolu mənimsənilməsində də rolu böyükdür.Bu mövzuya araşdırmalarımızdan sonra ayrıca qayıdacağıq.Bizi izləyin.
Aktualinfo.org