Lavrov dərhal atəşi dayandırmağa çağırıb

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan ilə telefonla danışığında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib. 

Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Sergey Lavrov münaqişə tərəflərini dərhal atəşkəsə bərpa etməyə çağırıb.

“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə edilib. Sergey Lavrov tərəfləri dərhal atəşkəsi bərpa etməyə və götürdükləri öhdəliklər fonunda təmkinli olmağa səsləyib.”

Həmçinin Lavrov Rusiyanın münaqişədə vasitəçilik missiyasını həm milli səviyyədə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etdirəcəyini vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password