Arif Qasımov da sələfi Mehbalı Əliyevin aqibətini yaşadı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bir müddət əvvəl barəsində son vaxtlar kifayət qədər şikayətlər olunan Arif Qasımıvun vəzifəsini bu qədər asanlıqla itirməyəcəyi haqqında Kütləvi İnformasiya Vasitələrində məlumatlar yayılmışdı.Ölkə başçısının qərarına münasibət bildirən artıq keçmiş İcra başçısı unikal.org-a prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:

“Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi”.

Aktualinfo.org xatırladır ki,Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, Ətraf müühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını Arif Qasımovun demək olar ki, özəlləşdirməsi barədə məlumatlar yayılmışdı.Həmin parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özünə restoran, çay evi və əyləncə mərkəzinin tikintisinə başlanılmışdı.Bu da,təbii sakinlərin haqqlı narazılığına səbəb olmuşdu.Qeyd edək ki,sözügedən parkda gedən tikinti işləri ilə bağlı “AzTV”-nin xəbərlər proqramında da məlumatlar yayılmışdı.

Maraqlıdır, etdiyi səhvi mətbuata bu qədər asanlıqla etiraf edən sabiq İcra başçısının gözə görünməyən daha nə qədər səhvləri var? Birdimi,ikidimi? Məlumatlara görə Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsi və qanunsuz əməllərinin sayı bununla bitmir. Bu barədə internet resursları üzərindən axtarış edildikdə keçmiş İcra başçısının əməllərindən kifayət qədər ciddi ittihamlara rast gəlmək mümükündür.

Qeyd edək ki,Nizami rayon İcra Hakimiyyətində anoloji hal vaxtı ilə,hələ 2009-cu ildə də yaşanmışdı.Rayonun həmin dövrdə İcra başçısı olmuş Mehbalı Əliyev də Arif Qasımovun buraxdığı ciddi səhvlərə yol verdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı.Amma Arif Qasımıv kimi yox.2009-cu ilin oktyabrında Mehbalı Əliyevin bağ evlərindən tonla qızıl,nağd pullar, bahalı avtomobillər kolleksiyası və 300 milyon manatlıq mal-mülkü aşkarlanmışdı.Görəsən Arif Qasımobu nələr gözləyir,onun bağ evlərindən nələr çıxacaq.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password