“YA DANIŞIQLARDAN İMTİNA ETMƏLİ, YA DA FASİLƏ GÖTÜRMƏLİYİK…” – “Bundan hamı özü üçün nəticə çıxaracaq”

“Prezident İlham Əliyev son müsahibəsində ciddi mesajlar verib. Bu mesajlar həm Azərbaycan ictimaiyyətinə, həm də ATƏT-in Minsk qrupuna ünvanlanıb. Mahiyyət ondan ibarətdir ki, Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir aparılan danışıqlar heç bir nəticə vermir. Uzun illərdir vasitəçilərin gördüyü iş də faydasızdır. Prezident xüsusən onu da qeyd etdi ki, il başlayandan xarici işlər nazirləri arasında aparılan onlayn müzakirələr də bir işə yaramır”.

Bu fikirləri açıqlamasında politoloq Elxan Şahinoğlu dövlət başçısı İlham Əliyevin yerli mediaya müsahibəsində səsləndirdiyi bəyanatları şərh edərkən bildirib.

Xatırladaq ki, ölkə başçısı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyində hər hansı dəyişiklik olmadığını və olmayacağını bildirib: “Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqaəsaslanır: “Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, ermənitorpağıdır”.

Prezident vurğulayıb ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilməir. “ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər”.

“Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavabvermədi” – deyə İlham Əliyev bəyan edib.

Elxan Şahinoğlu qeyd edir ki, prezidentin çıxışında Xarici işlər naziri Elmar Məmmdəyarova yönəlik bir qınaq da vardı ki, uzun-uzadı mənasız danışıqlarda iştirak etməklə əslində Ermənistana dolayısı ilə yardım etmiş olur. Politoloq dövlət başçısının imitasiyanın əleyhinə olduğunu vurğulayıb.

Dövlət baçısı həmçinin deyib ki, BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var: “Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha dagücləndirir”.

E. Şahinoğlu münqaişənin həlli ilə bağlı Bakının önündə iki seçim dayandığını bildirib: “Biz ya ATƏT-in Mnisk Qrupunun vasitəçiliyindən imtina etməliyik, ya da danışıqlarda fasilə götürməliyik. İmtina etmək çətin qərardır, bu o deməkdir ki, biz danışıqlardan imtina edib müharibəyə başlayırıq. Ona görə ciddi təzyiqlərlə üzləşə bilərik. Amma danışıqlarda fasilə götürəriksə, heç kim bizim qarşımızı ala bilməz. Bununla o mesajı veririk ki, danışıqlar heç bir nəticə vermir, biz bu qeyri-müəyyənliklə razılaşmaq istəmirik. Ona görə də danışıqlarda fasilə götürüb münaqişənin həlli üçün digər yollara hazırlaşırıq. Bundan hamı özü nəticə çıxaracaq. Bəlkə də böyük dövlətlər Ermənistana qarşı müəyyən təzyiqlər edə bilərlər”.

Ölkə başçısı müsahibəsində bir məqama da diqqət çəkib: “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyətibir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.

Elxan Şahinoğlu Prezidentin bu fikirlərini şərh etməzdən əvvəl bildirib ki, BMT rəhbərliyinə ünvanlanan bu müraciət çox əhəmiyyətlidir: “Biz BMT rəhbərliyindən, böyük dövlətlərdən dəstək almışıq, dünən Rusiya da bu təşəbbüsə razılığını bildirdi. Əlbəttə, bu o demək deyil ki, onlayn müzakirələr pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynaya bilər. Amma bu təşəbbüs Azərbaycanın imici üçün çox vacibdir”.

Politoloq qeyd edir ki, BMT rəhbərliyi tərəfindən Bakının bu təşəbbüsü dəstəklənirsə, təəssüf ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanım çağırışlarna, tələblərinə belə operativ dəstək verilmir: “BMT bu məsələni ATƏT-in üzərinə atmaqda davam edir”.(azpolitika.info)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password