“Putinin məqsədi yeni dünya nizamında Rusiyanın mövqeyini gücləndirməkdir” – ŞƏRH

“Rusiyada keçirilən konustitusiya referendumu təkcə Putinin hakimiyyətdə qalmasına deyil, Rusiyanın post-sovet ölkələrinə qarşı təzyiqlərin müəyyən mərhələdə həyata keçirilməsinə zəmin yaradır. Vladimir Putinin məqsədi formalaşan yeni dünya nizamında Rusiyanın mövqeyini gücləndirmək, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanı öz nəzarətinə almaqdır”. 

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, formalaşacaq yeni dünya nizamında təsir regionlarının formalaşdırılmasında Rusiya da rol almasını planlayır:

“Təsir zonalarının əldə edilməsi üçün Çin, ABŞ və Avropa dövlətləri, xüsusilə Böyük Britaniya, Fransa və Almaniya, həmçinin Türkiyə bu istiqamətdə fəal siyasət aparırlar. Putin çalışır ki, Qərblə müxtəlif regionlarda qarşıdurma yaratamaqla, MDB məkanını öz təsir dairəsinə almaq üçün bu ölkələrin razılığını alsın. Məhz Putinin SSRİ-nin bərpası və bu kimi çıxışları bu ssenariyə əsaslanır. Yeni dünya siyasi konfiqurasiyasında Rusiyanın buna nail olacağı polimikadır. ABŞ başda olmaqla, Avropa dövlətləri Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı öz nəzarətinə almasına imkan verməyəcəklər. Rusiya prezidenti bunu hərbi yolla həll etməyə çalışarsa, bu yeni müharibəyə səbəb ola bilər. Nəticədə Rusiyanın parçalanmasına gətirə bilər. Ümumiyyətlə V.Putinin həyata keçirdiyi siyasitə beynəlxalq münasibətlər sistemini təhdid etməklə yanaşı, Azərbaycan daxil olmaqla qonşu ölkələrinin təhlükəsizliyini təhdid edir. Azərbaycan öz təhülkəsilziyini möhkəmləndirmək üçün ilk növbədə Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirməli və müqavilələr bağlamalıdır”.

Ekspert qeyd edib ki, Rusiya siyasi-hərbi elitasında Putinin istefaya göndərilməsi mümkün ola bilər:

“Sabiq prezident Boris Yeltsin məhz siyasi-hərbi elitanın təzyiqləri nəticəsində istefaya getdi. Bu, saray çevrilişi idi. Hakimiyyətdə olan demokratları hərbi elita əvəzlədi. Məhz Putində eyni ssenariyə məruz qalmamaq üçün Rusiya generalitet sistemində təmizləmələr gedir. Amma bu, heç də onun hakimiyyətinin qorunmasına zəmin yaratmır. V.Putin saray çevrilişindən sığortalanmayıb. Onun apardığı siyasət daxili narazılıqları tətikləyəcək. 2024 -cü ildə Rusiyada gözənilən prezident seçkilərinin Putinin istədiyi kimi keçirilməsi baş tutmaya bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password