Müstəqil Tənzimləmə Qurumunun yaradılmaması və inhisarçılıq rəqəmsal transformasiyanı ləngidən başlıca amildir

 

Artıq bir neçə aydır ki,dünya ölkələrinin gündəmini dəyişmiş koronavirus pandemiyası iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna öz mənfi təsirlərini göstərdi.Bununla belə pandemiya ölkələr qarşısında milli  iqtisadiyyatın yenidən qurulması,dizayn olunması kimi yeni öhdəliklər qoydu.Hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə,böhran vəziyyətinin idarə edilməsi üçün iqtisadi tədbirlər proqramının hazırlanmasına başlanıb.Bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən də təcili və təxirəsalınmaz tədbirlər planı hazırlanıb və həyata keçirilməkdədir.

Aktualinfo.org artıq müasir dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş informasiya,kommunikasiya texnologiyalarının perspektivləri haqqında bu sahə üzrə mütəxəsis, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları və Vergilər nazirliyinin  müşaviri işləmiş,  Azərbaycanda İnternetin inkişaf konsepsiyasının və İnternetdən istifadə qaydalarının müəllifi, Azərbaycan İnternet Cəmiyyətinin sədri və İnternrtin beynəlxalq üst qurumu İCANN- da təmsilçi olmuş milli ekspert, rabitə ustası Əflatun Məmmədovdan bir neçə geniş müsahibə alaraq oxucuların diqqətinə çatdırıb.

Ötən müsahibələrdə həmsöhbətimiz informasiya,kommunikasiya texnologiyalarının dünyanın inkişaf etmiş,aparıcı ölkələrinin iqtisadiyyatına əhəmiyyətli dərəcədə nüfuz etməsi,informasiya texnologiyalarının Azərbaycanda müasir standartlar səviyyəsində qurulması,yeni nəsil 5G mobil rabitə sisteminin respublikamızda tətbiqi,Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı etdirilməsinin vacibliyi kimi aktual məsələlərə toxunanmaqla yanaşı bu sahədə bir sıra problemlərin də olduğunu vurğulamışdı.Həmsöhbətimiz qeyd etmişdi ki,o problemlərin ən birincisi,ən əsası Azərbaycanda rəqəmsal transformasiyanın süni şəkildə ləngidilməsidir.Bəs bu problemlərin aradan qaldırılması üçün nələr etmək lazımdır?Əflatun Məmmədov bir mütəxəssis kimi bunları bildirdi:

Bildiyimiz kimi,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016- cı il,6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə tədbirlər planında bu sahənin inkişafı yaxın, orta və uzaq prespektivlərə görə qlobal trendlər də nəzərə alınmaqla geniş təhlil olunmuşdu.

İslahatların indikatoru olan “Strateji Yol Xəritəsi” necə icra ...

Eyni zamanda,aparılan GZİT ( güclü, zəif, imkanlar və təhditlər ) təhlillərdən də göründüyü kimi  Yüksək Texnologiyalar sektorunda fəaliyyət göstərən  özəl provayderlərə, o cümlədən İT  xidmətləri göstərən sahibkarlara dövlət telekommunikasiya operatorları tərəfindən ümumü istifadəli rabitə şəbəkələri resursları,həm hüquqi cəhətdən inhisarcı hökmran mövqe sərgiləməklə, bürokratik əngəllərin göstərilməsi,  həm də texniki əlçatanlılıq baxımından qeyri adekvat yanaşmalarla yüksək tariflərlə verilir ki, bu da öz növbəsində sözü gedən xidmətlərin keyfiyətsiz və çox bahalı olmasına gətirib çıxarır.

Digər tərəfdən, genişzolaqlı internet xidmətlərinin, əsasən, köhnə mis rabitə xətləri ilə təşkili və  texniki xidmət səviyyəsinin aşağı olması və həmçinin  bir internet istifadəçisinin istifadə etdiyi internet sürəti dünya üzrə orta statistik göstəricilərdən qat- qat aşağı olması ( təqribi hesablamalara görə ən azı 2 dəfə ) xeyli düşündürücü faktor olub, sahə üzrə poblemlərin dərinləşdiyini göstərir.

Bütün bunlarla yanaşı, milli telekommunikasiya şəbəkələri və onların proqram və texniki təminatları xarici istehsalçı şirkətlərdən  bilavasitə asılı olub şəbəkə təhlükəsizliyinə də ciddi təhdit və təhlükələr yardır. Çünki, bu proqram təminatları onların xüsusi əqli mülküyyətləri hesab olunur.

Həm də nəzərə alsaq ki, fiziki və mənəvi cəhətdən köhnəlmiş telekommunikasiya avadanlıqlarının hələ də mövcud olması,həmçinin, mülkü məqsədlərlə istifadə olunan radiotezlik resurslarının istifadəsinin qeyri effektivliyi və ümumüyyətlə yetərli  İKT savadlılığının olmaması da bu sahənin qabarıq problemlərindəndi.

Bir də ki, bu gün mövcud olan qlobal təhlükələrin, o cümlədən xarici maliyyə bazarlarına çıxlşda güclü beynəlxalq rəqabət prinsiplərinin olması və bu şəraitdə informasiya təhlükəsizliyi, informasiyanın qorunması, kiber cinayətkarllq və günü- gündən çətinləşən sosial şəbəkələrin idarə olunması və  onların hərtərəfli hüquqi tənzimlənməsində artan çətinliklər,  bu sahənin siyəsətini müəyyən edən aidiyyatı dövlət qurumlarını sadalanan kritik  tənzimləmə problemləri ilə üz- üzə qoyur.

Odur ki, bütün bu problemlərin  həlli məqsədilə həmin sektorun qlobal iqtisadiyyatda meydana gələn  yeni rəqəmsal transformasiya çağırışlarına uyğunlaşdırılması istiqamətində islahatların aparılması,  informasiya texnologiyaları bazarının liberallaşdırılması, tənzimləmə mexanizmlərinin gündəmə gələrək təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılmasını zəruri edir.

Bütün deyilənlərlə yanaşı,  ən əsas problem isə bu sektorda xidmət sahəsində bir tərəfdən rabitə sistemində dövlət tənzimləməsini həyata keçirən sahə nazirliyinin tərkibində inhisarçı mövqeyə sahib güclü (provoyderlər) ənənəvi operatorlar, digər tərəfdən isə bazarının informasiya texnologiyaları şirkətləri və həmçinin özəl provoyderləri- iştirakçıları qərarlaşır.

Глобальное сетевое соединение карта мира абстрактный фон ...

Məlumdur ki, ölkəmizdə nazirlik tabeçiliyində olan operatorlarla (“Bakıtelecom” MMC və Aztelekom MMC) telekommunikasiya bazarında həm oyunçu, həm də hakim rolunu oynayır.Beləliklə, bu şəraitdə qeyri real şərtlərdə  informasiya texnologiyaları xidmətləri göstərən və həm də hakim movqeyə haqsız olaraq  sahib olmaqla ədalətli konkurensiya prinsiplərini  pozur.

Çox zaman operatorlar arasında rəqamsal infrastrukturlardan, həmçinin, iqtisadi və texniki resurslardan istifadədə maraqların ziddiyyətləri nazirlikdə deyil,  iqtisad məhkəmələrində silsilə narahatçılıqlar yaradaraq həll olunur. Bu problemlərin həlli üçün yaranacaq “ Müstəqil Tənzimləyici ” orqanın əsas vəzifəsi, İKT bazarına ədalətli tənzimləmə prinsipləri ilə sağlam rəqabət dinamikasının gətirilməsidir.

Çünki, sağlam bazar mühitində rəqiblər,  xüsusi ilə özəl provoyderlər, o cümlədən İT şirkətləri öz bizneslərini genişləndirməyə, daim innovasiyalar tətbiq etməyə, texnologiyaların inkişafına investisiya yatırmaqda davam etməyə, yeni şəbəkə həllərinə nail olmağa meylli olurlar.

Güclü ədalətli rəqabət mühiti həm də  rəqamsal transformasiyaya keçiddə sahənin dinamiki inkişafın əsas aparıcı qüvvəsidir. Bunun nəticəsində  də istifadəçilər (əhali) üçün sərfəli qiymətə, üstün keyfiyyətə görə texniki  xidmətlərin  real seçimi imkanları yarana bilər.Həmçinin, dövlətin bu sahəyə sərmayə qoymaq yükünü də azaldar.

Dünyanın əksər inkişaf etmiş ölkələrində (Amerika, İngiltərə, Türkiyə, Yaponiya, Cənubi Koreya və s.) telekommunikasiya sahəsində müstəqil tənzimləmə qurumu fəaliyyət göstərir. MDB məkanında isə Qazaxstan, Özbəkistan, Qırğızstan, Ukraniya, Gürcüstan və s. ölkərdə bu sektorda 20 ildən çoxdur ki, müstəqil tənzimləmə qurumları fəaliyyət göstərir.

 

Aktualinfo.org

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password