Bakı Paşinyanın ölümcül səhvini gözləyir – Tarasov

İyunun 30-da Mnatsakanyan – Məmmədyarovun vasitəçiliyi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilən son görüşündən sonra dialoqun davam edəcəyi bildirilib. Bu ifadənin “növbətçi” olmasına baxmayaraq, müəyyən bir əhəmiyyəti var: əslində münaqişə tərəfləri danışıqların tükəndiyi hesab olunan nöqtəyə hələ çatmamışlar. Hazırkı formatda və mövcud şərtlərdə olsa da, danışıqlar trenddə qalmaqda davam edir.

Bunu rusiyalı analitik Stanislav Tarasov Ermənistanın Politik.am nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkənin Xarici İşlər nazirlikləri “birini deyirəm, üçünü ağlımda saxlayıram” prinsipi ilə bəyanatlar səsləndiriblər. Bununla belə, hətta bu vəziyyətdə ümumi atmosfer tərəflərin Qarabağ nizamlanması ilə əlaqədar “oyun qaydalarına” riayət etməyə davam etmək niyyətində olduğu təəssüratı yaradır.

“Ümumiyyətlə, Qarabağ nizamlanması ilə bağlı danışıqlar prosesini araşdıranda, xüsusən Paşinyan hakimiyyətə gəldikdən sonra, əlbəttə ki, nizamlanmanın əsas prinsiplərinin məzmununun daraldığını və Minsk qrupunun” kiçik addımlarla” irəliləmək taktikalarını qəbul etdiyini görürük. “Ümid edirəm ki, İrəvan və Bakı arasında bəzi humanitar məsələlər üzrə razılaşmalar ümumi qarşılıqlı etimad mühitinə səbəb olacaqdır. Bu da öz növbəsində əsas məsələlərin həllində kompromislərə getməyin yollarını tapmağa kömək edəcəkdir”.

Əlavə edib ki, bu çərçivədə aprel döyüşlərindən sonra təmas xəttində bir monitorinq sisteminin tətbiqini və beynəlxalq müşahidəçilərin olmasını nəzərdə tutan Vyana və Sankt-Peterburq razılaşmaları gündəmdən kənarlaşdırılıb.

“Ancaq Əliyev və Paşinyan “kiçik addımlarla” irəli getmək qərarına gəlsəydilər, mediada bu mövzuda ciddi siyasi bəyanatlar verərdilər”,Tarasov əmindir.

“Əliyev Paşinyanın həm daxili siyasi aləmdə, həm də Ermənistan-Rusiya münasibətlərində ciddi və ölümcül səhvlərə yol verməsini gözləyir ki, bu anı ələ keçirə və problemi fərqli siyasi müstəvidə həll etməyə başlaya bilsin. Deyəsən, Əliyevin səbri tükənməkdədir, bunu son açıqlamaları sübut edir. Paşinyan danışıqlar prosesini kənara qoymağa çalışır, amma bunun səbəbini söyləmək çətindir” deyə ekspert vurğulayıb.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password