“Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?
İnkişaf etmiş ölkələrdə özəl tibb müəssisələrinin dövlət xəstəxanalarından üstün hesab olunması və belə özəl klinikalarda müayinə və müəlicənin daha keyfiyyətli şəkildə aparılması Azərbaycanda hamıya məlumdur.Bunu xəstəliklərinə Azərbaycanda əlac tapa bilməyib,çarəsini xaricdə bulanlar daha yaxşı bilirlər. Lakin respublikamızda özəl tibb müəssisələrinin vəziyyəti tamamilə fərqlidir. Azərbaycanda fəaliyyət göstərən özəl klinikalarda xəstələrin aldadılması,həkimlərin səhlənkarlığı və yaxud qeyri peşəkarlığı ucbatından baş verən ölüm halları barədə dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək olar. Yuxarıda qeyd etdiklərimizdən əlavə, özəl klinikaların böyük əksəriyyətində müxtəlif səpkili qanunsuzluqlarla yanaşı, rüşvət və korrupsiya halları ilə bağlı çeşidli informasiyalar yayımlanmaqdadır. Ölkənin səhiyyə sistemində adi hala çevrilmiş bu olayların daha da artması isə insanları şoka salır və belə klinikaların xalq arasında “pul tələsi” adlandırılması heç bir kəsdə təəccüb doğurmur.
Aktualinfo.org-a Bakının ən tanınmış özəl klinikalarından biri olan, Səhiyyə Nazirliyi tərəfindən “KƏBİRƏ-TİBB MƏRKƏZİ” MMC kimi lisenziya verilmiş,Mərdəkanda “Kəbirə Məmmədova Tibb Mərkəzi” kimi fəaliyyət göstərən özəl tibb müəssisəsinin fəaliyyəti ilə bağlı verilən məlumatlarda da Azərbaycana xas tibbi xidmətdən bəhs edilir. Qeyd edək ki,sözügedən klinika “Binə”Ticarət Mərkəzi kimi tanınan bazarın sahibi,qadın sahibkar Kəbirə Məmmədovaya məxsusdur.Klinikada vətəndaşlara ambulator və stasionar xidmətlər göstərilir.Bundan başqa lisenziyaya görə “Kəbirə Məmmədova Tibb Mərkəzi”ndə vətəndaşlar klinnikada terapevtik,kardioloji,nevropatoloji,dermatoloji,kosmetoloji, fizioterapevtik, ümumi cərrahi,anestezioloji-reanimatoloji,ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), doğuşayardım, terapevtik stomatoloji, pediatrik,rentgenoloji,ultrasəs müayinəsi,otorinolarinqoloji,klinik-biokimyəvi, klinik, şöbələrin xidmətlərindən yararlanırlar.
Məlumatlara görə, sözü gedən klinkada saysız-hesabsız qanun pozuntularına yol verilir və bura əməlli-başlı bazara çevrilib. Xəstələrə müayinə və müəlicə üçün alınan pul müqabilində heç bir qəbz və heç bir kassa çeki verilmir. Söylənilənlərə görə,bu klinikada müasir tibbi avadanlıqlar olsa da xidməti personalın iş keyfiyyəti aşağı səviyyədədir. Elə buna görə də bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən “Kəbirə Tibb Mərkəzi“ MMC-nin fəaliyyəti bu kimi nöqsanların aradan qaldırılması məqsədi ilə müvəqqəti dayandırılıbmış. Məlumatlara görə Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziyada tibb mərkəzində manual-terapiya xidmətinin göstərilməsinə icazə verilməmişdir.Lakin buna baxmayaraq tibb mərkəzində Hacı Elçinin manual terapiya seanslarına gün ərzində xeyli xəstə müraciət edir.Məlumatlara görə hər bir xəstə gün ərzində keçməli olduğu bu prosedura 25 manat pul ödəməli olur.Ən azı 15-20 gün çəkən bir kurs müalicə sonda hər bir xəstə üçün 400-500 manata başa gəlir.Əgər seanslar uzanarsa burada məbləğ də artmış olur.Məlumatlara görə xəstələri Hacı Elçinin Orxan adlı köməkçisi qarşılayır,25 manatı alıb çek vermədən həkimin qəbuluna yazır.Beləcə,tibb mərkəzində Hacı Elçinin ixtiyarına verilmiş bir neçə otaqda gün ərzində 30-40 xəstə qəbul edilir ki,axşama 800-1000 manat civarında pul toplanır. Ay ərzində isə bu 30 min manata yaxın vəsait edir ki,buradan dövlətə bir qəpik də vergi verilmir,həkim Hacı Elçin,tibb mərkəzinin baş həkimi Nigar Piriyeva və sahibi Kəbirə Məmmədova arasında bölüşdürülür.Hacı Elçinin müalicə seanslarından şəfa tapa bilməyən xəstələr isə başqa həkimlərə müraciət etməyə məcbur olurlar.
Aktualinfo.org “Kəbirə Məmmədova Tibb Mərkəzi”ndə çalışan bu həkim barədə açıq internet üzərindən apardığı axtarışlarda heç bir məlumat əldə edə bilmədi. Müasir dünyamızda,tibb sahəsində uğur əldə etmiş bir çox həkimlərin ən azından bir veb-səhifəsi olur, yaxud da barələrində qısa da olsa məlumatlar tapmaq mümkündür. Lakin qeyd etdiyimiz kimi “Kəbirə Məmmədova Tibb Mərkəzi”ndə ancaq pul yığan Hacı Elçinin necə həkim olması barədə heç bir məlumatların olmaması şübhələri bir az da artırmış oldu.Şübhələr isə ondan ibarətdir ki,Hacı Elçin terapiya seansları ilə “Kəbirə Tibb Mərkəzi“nə yaxşı pullar qazandırır,nəinki xəstələrə şəfa verir.
Aktualinfo.org