Ümumü iqtisadiyyatın modernləşməsində rəqəmsal iqtisadiyyatın rolu çox yüksəkdir və artan xətlə inkişaf edir – Əflatun Məmmədov
Artıq bir neçə ildir ki,dünyada baş verən yeni texnoloji innovasiyaların iqtisadiyyatın da müxtəlif sektorlarına nüfuz etməsi, dünya iqtisadiyyatının gələcək inkişafı, milli iqtisadiyyatların dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafı ilə bağlı tamamilə yeni müzakirələri gündəmə gətirib.Dünya iqtisadiyyatının gələcək inkişafı Azərbaycanda da rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağı tələb edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində əldə edilmiş ciddi uğurlar və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq, ölkəmizin gələcəkdə daha dayanıqlı,innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti rəqəmsal transformasiyadır.Qeyd edək ki, bu istiqamətdə elektron hökumət yaradılıb və bunun vasitəsilə müxtəlif elektron xidmətlər göstərilir, yeni platformalar yaradılır və ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyası reallaşdırılır.Hazırda koronavirus pandemiyasının bütün dünyaya yayıldığı bir dövrdə inkişaf etmiş ölkələr yeni inkişaf mühitinə qədəm qoyaraq rəqəmsallaşma istiqamətində yeni təşəbbüslər irəli sürürlər. Belə bir dövrdə rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə də iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması ən çox müzakirə olunan məsələlərdəndir.
Azərbaycanda bu istiqamətdə görülmüş və görüləcək işlərin,texnoloji infrastruktur quruculuğu ilə sıx bağlı olan ən fərqli sahələrdə yeniliklərin tətbiqi ətrafında ictimaiyyət arasında aparılan geniş müzakirələrin aktuallığını nəzərə alaraq vaxtilə Aktualinfo.org Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları və Vergilər nazirliyinin müşaviri işləmiş, Azərbaycanda İnternetin inkişaf konsepsiyasının və İnternetdən istifadə qaydalarının müəllifi, Azərbaycan İnternet Cəmiyyətinin sədri və İnternetin beynəlxalq üst qurumu ‘İCANN’- da təmsilçi olmuş milli ekspert, rabitə ustası Əflatun Məmmədovla müsahibənin davamını təqdim edir.
Əflatun müəllim, bildiyimiz kimi dünyamız artıq yeni bir iqtisadi dövrə qədəm qoyub.Dünya iqtisadiyyatının rəqəmsallaşması bunu Azərbaycanda da qaçılmaz edib.Mütəxəsislərdən,elm adamlarından fərqli olaraq sadə insanlar bu istiqamətdə yetərli informasiyalara malik deyil.İnformasiya texnologiyaları üzrə çalışmış bir peşəkar mütəxəsis kimi iqtisadiyyatın rəqəmsallaşmasını sadə insanlara necə izah edərdiniz?
Müasir dövrdə inrenetin geniş yayılması iqtisadiyyatın yeni inkişaf mərhələsi olan rəqəmsal iqtisadiyata transformasiya olmasına səbəb olub, internet innovasiyalı texnologiyalar, o cümlədən informasiya kommunikasiya sistemləri iqtisadiyyata dərindən nüfuz edərək inteqrasiya olunub.
Artıq iqtisadiyyatın özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar, bilik iqtisadiyyatı, bio iqtisadiyyat, rəqəmsal iqtisadiyat və nəhayət bu gün aktual olan koronavirus iqtisadiyyatına transformasiyanı şərtləndirmişdi. Texnologiya və informasiya inqilabı nəticəsində son zamanlar yüksək sürətlə inkişaf etmiş yeni iqtisadi model kiber biznezin yaradılmasını qaçılmaz edib.
Belə ki, kiberbiznes, yüksək innovativ texnologiyaların geniş tədbiqi ilə yaranan və idarə olunan iqtisadiyyatın bütün sahələrinə sirayət etmişdir.Rəqəmsal iqtisadiyyat isə onun bir elementi olmaqla, iqtisadiyyatın informasiya texnologiyalarının köməyi ilə elektronlaşan hissəsidir.Rəqəmsal iqtisadiyyat anlayışının üstündə elektron bank, elektron sığorta, elektron səhiyyə, elektron təhsil, sənaye, emal və s. xidmətləri ilə yanaşı, İKT avadanlıqlarının mühafizəsi, proqram təminatlarının hazırlanması və satışı və ya dolayısı ilə yaratdığı elektron əməliyyatlardan formalaşan bütün sahələri əhatə edir.
Elektron ticarəti, elektron informasiya mübadiləsini, elektron idman – mərç oyunlarını və yarışları ( at yarışmaları, futbol, tennis, kriket və s.), on- line lotareya oyunları, elektron kazino, kapitalın elektron hərəkətini, elektron pulları və eləcə də dijital valyutaları, e- bankinqi, e- sığortanı və s. özündə birləşdirən rəqəmsal iqtisadiyyatın ən geniş yayılmış növlərindən biri olan və rəqəmsal iqtsadiyyatın özəyini təşkil edən internet ticarətdir.
Artıq rəqabət imkanlarının günü- gündən genişləndiyi və yeni innovativ texnologiyalara söykənən informasiya kommunikasiya sistemlərinin hər bir evə daxil olduğu, informasiya cəmiyyətinin yeni bir insan formalaşdırdığı ictimai- iqtsadi formasiya və sosiallaşma şəraitində biznesin, sahibkarlığın optimal şəkildə qurulması yeni idealar və güclü kreativ komandanın yetişməsini yeni çağımıza diktə edir.Belə bir şəraitdə sahibkarlar və alıcılar, artıq vaxt sərf etmədən istədikləri məhsulları və xidmətləri əldə etmək üçün on- line və off- line olmaqla elektron ticarətin yaratdığı geniş imkanlardan intensiv istifadə etməyə başladılar.
Gündəlik təlabat mallarından tutmuş, geyim və digər əşyaların alınması və eləcə də çeşidli elektron xidmətlərdən yararlanmaq geniş istifadəçilər üçün günün vacib məsələlərinə çevrilmişdir.Bununla yanaşı, gündəlik rastlaşdığımız hər bir xidmət ( təhsil, əyləncə, səhiyyə vəs.e- xidmətlər ) növlərinin elektron sistemlər üzərindən əldə olunması rəqəmsal iqtisadiyyatı daha da şərtləndirmiş və bu istiqmətə dərindən trasformasiyanı da gündəmə gətirmişdir.Eyni zamanda, məhsul və xidmətlərin əldə olunması, çatdırılması, onların reklamı və geniş təbliğatına olan ehtiyaclar da sahibkarlığı stimullaşdırmış və eyni zamanda, elektron ticarətə də populyarlıq qazandırmışdır.
Belə ki, bu gün istifadəçilərinin sayı 3 mlrd.- ı keçmiş on- line, off- line alıcı və satıcıları təkcə pərakəndə satılmış malların ümumü pərakəndə satışındakı payın təxminən 16.8 faizdən çoxunu təşkil edir.
Son dövrlərdə, Azərbaycanda da internet şəbəkəsi üzərindən həyata keçirilən elektron ticarət sövdələşmələrinin sayı durmadan artmaqdadır və gələcəkdə bu tendensiyanın daha da yüksəlməsi sübhəsiz qaçılmazdır. Lakin, elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməlyyatların vergiyə cəlb edilməsini də çətinləşdirmişdir. Bütün bunlar da öz növbəsində elektron – internet ticarətinin göstərilməsi və əldə olunan gəlirlər, dövlət büdcəsinə hesablanmalı və ödənməli olduğu halda, ödənməyən böyük məbləğlər və uyğun vergilər gizli iqtisadiyyatın dərinləşməsinə xidmət edərək dövlət büdcəsinin gəlirlərinin itirilməsi ilə nəticələnir…
Məhz bu itkilərin aradan qaldırılması və buna əsla yol veriməməsi məqsədilə Azərbaycan Resublikası Prezitenti cənab İlham Əliyev uzaq görənliklə hələ 4 avqust, 2016- cı il tarixli sərənamı ilə bu istiqmətdə şəffaflığın daha da artırılması və vergi tutma bazasını ğenişləndirilməsinə dair sərəncam imzalamışdır.
Burada, beynəlxalq təcrübədə geniş tədbiq olunan rəqəmsal iqtisadiyyatın vergiyə cəlb ediməsi ilə bağlı aidiyyatı üzrə xüsusi tapşırıqlar verilmişdi.Bu istqamətdə fəaliyyət göstərən internet portalları və onların yaradılması və fəaliyyətinə bilavasitə nəzarət edən aidiyyatı dövlət qurumları ilə birgə , virtual məkanda elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi, uçota alınaraq yeni potensial imkanlar kimi vergiyə cəlb edilməsi ilə yanaşı, ümumü vergi nəzarətinin də güclənditilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdu.
Bütün bunlar ölkəmizdə həm postpandemiya və postneft dövrünə, həm də yeni situasiyalara adekvat hazırlıq fonunda virtual reallıqların dərk olunması ilə yeni imkanların araşdırılaraq ortaya çıxarılması və büdcəyə yeni gəlirlər şəkilində yeni dividentlər qazandırılması mövcud potensialların dəyərləndiriməsi baxımından aidiyyatı dövlət strukturları qarşısında da dövlət maraqlarına uyğun məsuliyyətli tapşırıqların qoyulmasını qaçılmaz etmişdir.
Bu sahədə fəaliyyət ğöstərən rəqəmsal texnologiyalar üzrə potensial şirkətlərlə də əməkdaşlıq stimullaşdırılmalı, qabaqcıl qərb ölkələrinin üstün bilik və təcrübələri öyrənilməli və geniş tədbiq olunmalıdır. Bildiyimiz kimi rəqəmsal iqtisadiyyatla kiber biznesə transformasiya ümumülükdə ənənəvi iqtisadiyyatın inkişafında, vergi tutma bazasının daha da genişlənməsində mühüm rol oynayır.
Belə ki, müasir dövrdə yeni çağın çağırışları ilə internet həyatımızın bir parçasına çevrilmiş və dünya əhalisinin təqribən 5 mlrd. civarında internet istifadəçisinin olması və onların istifadə etdikləri 9 mlrd.- dan çox innovasiyalı yüksək texnoloji qurğuların internetə qoşulması da buna bariz nümunədir.İnternet yaranandan bəri dünyada internet xidməti göstərən 10-15 mindən çox provayder şirkətlərinin yaradılması, 500 mln.- dan çox domen adlarının qeydiyyata alınması və 3 mlrd.- dan çox sosial şəbəkə istifadəçilərinin olması dünya iqtisadiyyatının inkişafında onun rolunun əhəmiyyətini bir daha təsdiq edir.İnternetin bu qədər inkişaf etməsi iqtisadi münasibətlər sistemində təzahür edən yeni hədəfləri, o cümlədən prioritet istiqamətləri də müəyyənləşdirdi.
Rəqəmsal transformasiyaya keçiddə rəqəmsal iqtisadiyyatın hazırki inkişaf mərhələsində, misal üçün, rəqəmsal valyutanın yaradılmasını xüsusilə qeyd etmək yerinə düşərdi. Bu valyutanın müsbət xarakteristikası inflyasiyanin qarşısının alınması, anonimliyin qorunması, heç bir dövlətə bağlı olmaması və dijital bazarda hər kəsə eyni dərəcədə açıq olması ilə əlaqədardı. Daha geniş yayılmış digər rəqəmsal valyuta növü olan bitcoinin dünya üzrə istifadəçilərinin artması nəticəsində 1 bitcionin dəyəri son 10 ildə 0.07- sentdən çox artaraq 1000 $ – ı keçmişdir.
Qeyd olunanlar onu göstərir ki, ümumü iqtisadiyyatın modernləşməsində rəqəmsal iqtisadiyyatın rolu çox yüksəkdir və bu tendensiya artan xətlə inkişaf edir. Son 1 il ərzində elektron ticarətin dünya üzrə həcmi 3,5 trilyon dolları keçib. Bu onu göstərir ki, ümumü ticafət dövriyəsinin yarıdan çoxu, təqribən 70 faizə yaxın hissəsi əsasən ABŞ, Çin, Böyük Britaniya və Qərbi Avropa ölkələrinin payına düşür. Dünyada ən iri rəqəmsal şirkətlərin qeydiyyatda olduğu ölkələrin ümumü daxilolmalarında onun nə qədər mühüm rol oynadığını həmin şirkətlər tərəfindən ödənilmiş vergilərin məbləğindən də görmək olar.Vergi ödəyicisi olaraq son bir il ərzində “Apple“ şirkəti 13.1,”Google“şirkəti 2.3, “Facebook “ şirkəti 1.3 mlrd ABŞ dolları, “EBAY ” şirkəti isə 900 mln. ABŞ dolları vergi ödəyib.
Ölkəmizə gəlincə rəsmi statistikaya əsasən elektron ticarətin həcmi ümumü vergi daxilolmalarında xüsusi çəkisi yox dərəcısində olub, çox cüzidir. Əslində isə bu sahədə dəqiq uçotun qurulması və eləcə də elektron ticarəti göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin yetərli stimullaşdırılması ilə bu növ xidmətlərin vergiyə cəlb olunmasını təşviq etmək olar.
Bununla da rəqəmsal iqtisadiyyatdan əldə olunan əlavə gəlirlərin ÜDM- də xüsusi çəkisi artmış olar və bu rəqəmlərin də iqtisadiyyatımızın dirçəldilməsində artaraq milyonlara ölçülə biləcəyini də güman etmək çətin olmaz !….
Məhz bu səbəblərdən, ölkə başçısının rəqəmsal transfarmasiyaya keçidlə bağlı aktual çağırışları və qayğıları peşəkar mütəxəssis prizmasınndan başa düşüləndir və bu sahədə gecikmədən vacib addımların atılmasını da zəruri edir.
Burada, ilkin olaraq, beynəlxalq təcrübələrə uyğun elektron ticarətin dövlət qeydiyyatı və uçotunun təşkil olunması qaçılmazdır. Belə ki, elektron tlcarət sahəsində uçotun təşkili ilə yanaşı şəffaflığın da artırılması, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm tədbirləri görməklə e- ticarətin vergiyə cəlb olunması asanlaşdıracaq ki, bununla da dövlət büdcəsinə bu gün daxil olan vergi daxilolmalarının mövcud səviyyəsindən qat- qat böyük miqdarda məbləğlərin ödənilməsinə gətirib çıxaracaqdır…
Ardı var
Qeyd: Əflatun Məmmədovla geniş müsahibənin əvvəli ilə bu linklərdən dən tanış ola bilərsiniz.
Aktualinfo.org