Paşinyan Köçəryana qarşı yeni şou hazırlayır
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Köçəryanı həbs etmək üçün yeni bir şou hazırlayır.
Bu barədə Ermənistanın Politik.am nəşri yazır.
Saytın yazdığına görə, Paşinyan Köçəryanın onun hakimiyyətinə ciddi təhlükə yaratdığını və ən radikal addımlara əl atmağa hazır olduğunu başa düşür.
“Nikolun planı artıq fəaliyyətdədir. Bir neçə ay əvvəl polis Köçəryanın silahdaşlarından birinin guya insanlara silah təklif edən və çevrilişdə iştirak etməyə çağıran bir video yayımladı. Bu video üç fərqli kamera tərəfindən çəkilib və bu hakimiyyətin şou nümayiş etdirdiyini göstərir. Həbs olunanlar tezliklə sərbəst buraxıldı və çox güman ki, bu kadrlara Köçəryana qarşı dövlət çevrilişi cəhdində maddəsi ilə yeni ittihamlar irəli sürüldükdə ehtiyac yaranacaq” deyə qəzet yazır.(konkret.az)