“Ermənistanda sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur” – Siyasi ekspert

“Erməni ictimaiyyəti dağılıb, məxməri deyilən inqilab baş tutmadı. İnqilabın əvəzinə ölkədə sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur. Nikol Paşinyan bu prosesi dayandırmaq iqtidarında deyil, çünki onun pozitiv inkişaf proqramı yoxdur. Ona görə də o, mütəmadi olaraq “günahkar” və siyasi hücümlar üçün obyekt axtarışındadır. Paşinyanın davamçıları, tərəfdaşları və deyərdim ki, fanatları onun kimi hərəkət edirlər. Öz aralarından başqa hər yerdə günahkar axtarırlar. Nümunə olaraq deyim ki, onlar tərəfindən mənim şəxsi ünvanıma da hücumlar güclənib.”

Bunu  açıqlamasında Rusiyanın tanınmış siyasi eksperti Qriqoriy Trafimçuk deyib.

Siyasi ekspert nəzərə çatdırıb ki, Ermənistan ictimaiyyətinin N.Paşinyana get-gedə sualları artmaqdadır:

“Mən erməni mətbuatına yetərincə müsahibə verirəm, hansı ki, onların da Paşinyanın ünvanına get-gedə sualları çoxalır. Bütün bunlar isə Nikol Paşinyanın tərəfdarlarını daha da qıcıqlandırır. Mən həmişə cərəyan edən hadisənin obyektiv şəkilini verirəm. Onu isə inkar etmək çətindir. Baş nazirin davamçılarının isə bunu etməyə arqumentləri yoxdur”.

“Qeyd etmək istərdim ki, Paşinyanın fədakar tərəfdaşlarının sayı günü-gündən azlamaqdadır. Onlar başa düşür ki, yaxın zamanda erməni ictimaiyyəti onlara qarşı da ağır ittihamlar irəli sürəcək. Ona görə də onların hücumları hər gün daha da kəskin olur. Bu, alova oxşayır və bu, mənim xoşuma gəlir. Çünki məhz bu formatda düzgün baxış ortaya çıxarır və möhkəmlənir”, – deyə Q.Trafimçuk vurğulayıb.

Rusiyanın tanınmış siyasi eksperti qeyd edib ki, ermənilər onu hədələyirlər: “Paşinyanın fanatları məni birbaşa hədələyirlər. Mənim Ermənistan mətbuatına və Azərbaycan mətbuatına müsahibələrimdən sonra bu hücumlar daha da artır. Bu isə zəiflik əlamətidir. Qeyd edim ki, Azərbaycan mətbuatı erməni ictimaiyyəti tərəfindən diqqətlə izlənilir, oxunulur və mətbuatdan sitatlar gətirilir”.

Q.Trafimçuk N.Paşinyan tərəfdarların da müraciət edib:

“Əgər mənim mövqeyimi zəiflətmək və məhv etmək istəyirsinizsə, bunu açıq şəkildə etmək lazımdır. Bu hədəf üçün mən hətta birgə “dəyirmi masa”da çıxış etməyə razıyam. Budur əsl siyasət. Amma yuxarıda deyildiyi kimi mənim mövqeyimə qarşı real arqumentlər yoxdur”.

Təhqirlərə kinayə ilə baxan siyasi ekspert “Yekə burun” məsələsinə də münasibət bildirib: “Paşinyanın tərəfdarlarından biri mənə məsləhət gördü ki, “öz böyük burnunu başqa dövlətin işlərinə soxma”. Problem isə burasındadır ki, mənim kimi beynəlxalq ekspertlər heç kimin müstəqilliyinə toxunmadan öz burunlarını xarici siyasətə soxmalıdırlar. Buna görə təklif də edirəm ki, ekpertlər üçün “Yekə burun” adlı müsabiqə təşkil edilsin. Digər darıxdırıcı mükafatlarla müqayisədə bu, ictimaiyyətin diqqətinin özünə daha da cəlb edə bilər”.

“Fikirləşirəm ki, Ermənistanda olan bu kritiklər ölkələrində baş verənləri anlayanda, inanıram ki, vaxt tapıb məndən üzr istəyəcəklər. Mən normal ünsiyyət üçün hər zaman açığam”, – deyərək Qriqoriy Trafimçuk bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password