“Yaxın günlərdə İrəvan Hökumətinin gerbini və himnini də ictimaiyyətə təqdim edəcəyik…”

Dünən axşam saatlarında Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilib. İclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib. 4 iyul – Bayraq günü kimi təsdiqlənib. 
 Yayılmış xəbərlə bağlı Mühacir Qərbi Azərbaycan Respublikasının təşəbbüs qrupunun rəhbəri, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı ilə əlqaə saxlayıb.
Professor xəbəri təsdiq edib:
“Ötən günki video konfransımızda Qərbi Azərbaycan İrəvan Respublikasının bayrağını qəbul etdik. 4 iyul Bayraq günü elan olundu. Bizdə Dövlət Atributlarının yaradılması ilə bağlı komissiya fəaliyyət göstərir. Onun rəhbəri Yasəmən Qaraqoyunludur. Respublika elan olunandan  bayrağın bir neçə variantı komissiyaya təqdim edilmişdi və uzun müzakirələrdən sonra indi elan etdiyimiz variantın üzərində dayandıq. Digər dövlət atributları üzərində də iş gedir. Müsabiqə elan olunub. Yaxın günlərdə gerb və himni də ictimaiyyətə təqdim edəcəyik”.(moderator.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password