Bakıda “Sobsan” boya fabriki yanır – Nazir hadisə yerində… – Video

Bakıda güclü yanğın baş verib.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Yanğın zamanı bir neçə dəfə partlayış səsi eşidilib. Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumatlara görə yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. Qərargahdan bildirilib ki, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşın 20:19-da hadisə yerinə çatıb.

Hazırda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də  yanğın baş verən ərazidədir.

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password