“80 İlin ən güclü iqtisadi tənəzzülü başlayıb…” – “Stratfor” həyəcan təbili çalır

Rəsmi mənbələrə görə, “Covid-19” pandemiyasından sonra dünya iqtisadiyyatının tezliklə dirçələcəyi perspektivi mümkün görünmür. Bütün iri beynəlxalq maliyyə institutları və özəl analitik mərkəzlər böyük itkilər və son 80 ilin ən dərin iqtisadi tənəzzülünü gözləyirlər.

Göründüyü kimi, iqtisadi modellər qlobal karantinin fəsadlarının öhdəsindən gələ bilməyib. Rəqəmələr də tez-tez dəyişir. Son proqnozlar yalnız bir istiqaməti – aşağıya yuvarlanmanı göstərir.

– Beynəlxalq Valyuta Fondunun ekspertləri “Covid-19”-un vurduğu zərər nəticəsində 2020-2021-ci illərdə qlobal məcmu iqtisadi itkilərin 12,5 trilyon dollar olacağını söyləyirlər. Belə olan halda dünyanın istehsal potensialı bu il 4,9 % tənəzzülə uğrayacaq, gələn il isə müəyyən dirçəliş ola bilər. Amma buna baxmayaraq, BVF dirçəlişin qeyri-müəyyən olduğunu da bildirir, çünki yoluxmanın ikinci dalğası nəticəsində 2021-ci ildə iqtisadi böyümə daha 2,5 faiz azala bilər.

– Hələ Beynəlxalq Valyuta Fondunun proqnozu nikbindir. Məsələn, Dünya Bankı 2020-ci il üçün 5,2%-lik qlobal düşüş proqnozlaşdırır.

-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının göstəricisi daha aşağıdır-6%. Ən pis ssenariyə malik özəl proqnozlara görə qlobal tənəzzülün miqyası 12%-ə çatacaq.

İqtisadi geriləmə riski qalmaqdadır və ləngimənin xarakteri dünya iqtisadiyyatının 95 %-nə toxunur. Dünyada ayrıca götürülmüş hər hansı bir ölkə və ya ölkələr qrupu yoxdur ki, lokomotiv rolunda çıxış edərək, digərlərini öz arxasınca aparsın.

Əgər yaxın aylarda pandemiyanı nəzarət altına almaq mümükün olarsa, qlobal bərpa yavaş və qeyri-bərabər gedəcək, çünki ölkələr karantindən müxtəlif sürətlə çıxırlar. İstehlakçılar və şirkətlər tərəfindən göstərilən ehtiyatlılıq əmək bazarında natarazlıq yaradacaq.

ABŞ-da biznesə qoyulan investisiyanın azalması hələ “Covid-19” epidemiyasından əvvəl də müşahidə olunurdu. İndi koronavirusun vurduğu zərbə nəticəsində tələb daha da məhdudlaşacaq.

Bundan başqa istehsala və avadanlıqlara çəkilən xərclərin azalması qlobal tədarük zəncirini pozur, bu isə məhsuldarlığın azalmasına səbəb olur və gələcək iqtisadi böyüməni aşağı salır.

“Covid-19” epidemiyasının sonu üfüqdə də görünmür və bütün iri beynəlxalq maliyyə institutları və özəl analitik mərkəzlər böyük həcmli itkilərdən və uzun müddət sürəcək maliyyə sarsıntılarının meydana gələcəyindən danışırlar.

Artan dövlət borclarına xidmət göstərilməsi üçün çəkilən xərclərə mərkəzi banklar tərəfindən nəzarət edilməsi fonunda, çox güman ki, istiqrazların dəyəri uzun müddət ərzində aşağı səviyyədə qalacaq.

Digər tərəfdən isə gəlirlərindən asılı olmayaraq, ev təsərrüfatlarının və müəssisələrin borclarının qapadılması davam edir. Pandemiayanın təsirləri nəticəsində daha da çoxalan iflaslardan qaçmaq üçün özəl şəxslər və şirkətlər dəyişən xərclərinə ciddi nəzarət etməlidirlər.

Qlobal tənəzzülün davamlılığı və dərinliyi təkcə pandemiyanın yayılması və onun lokallaşmasından yox, həmçinin də gəlirlərin daha da düşməsinin qarşısını almaq üçün dövlətlərin stimullaşdırma tədbirlərindən asılıdır.

Xarici maliyyələşmədən çox güclü şəkildə asılı olan inkişaf edən ölkələrdə bu cür stimullaşdırma hələ də axsayır. Belə təəssürat yaranır ki, maliyyə bazarları real iqtisadiyyatdan ”qoparılıb”. Elə ona görə də Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edir ki, hədsiz böyük risklər inkişaf etməkdə olan bazarlara axan kapitalın qəflətən kəsilməsi ilə nəticələnə bilər. Ən böyük ziyanı isə ixracdan asılı olan ölkələr çəkəcəklər.(AzPolitika.info)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password