Qərbi Azərbaycan-İrəvan Respublikasının dövlət bayrağı qəbul edildi

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin videokonfras formatda iclası keçirilir.

Aktualinfo.org xəbər verir ki,bu barədə Qərbi Azərbaycan-İrəvan Respublikası Məşvərət Şurasının üzvü Əli Vəliyev məlumat verib.

O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan Respublikasının dövlət bayrağı qəbul edilib.

“Artıq 4 iyul – Bayraq günü kimi təsdiqləndi. Vətənimiz, xalqımız üçün uğurlu olsun,tezliklə İrəvanın səmasında dalğalansın”, – deyə o qeyd edib.

Xatırladaq ki, Mühacirətdə Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə 9 may 2020-ci ildə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password