“Daha fəalkətli ola bilər…” – ABŞ epidemioloqlarından Trampa çağırış
ABŞ epidemioloqları hakimiyyəti koronavirus infeksiyasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Fransa isə pandemiyanın ikinci dalğasına hazırlaşır.
Johns Hopkins Universitetinin məlumatına görə, hazırda dünyada 10.7 milyon nəfər koronavirus xəstəsi var. İnfeksiyadan ölənlərin sayı isə 516 min nəfərə çatıb. Koronavirusdan ən ciddi zərbə alan ABŞ-dır. Bu ölkə həm infeksiyaya yoluxma, həm də ölüm halına görə bütün ölkələrdən irəlidədir.
ABŞ-da gündəlik yoluxma halına görə rekorda imza atıb. Son sutkada infeksiyaya yoluxanların sayı 52 min nəfərə çatıb. Texas, Florida və Kaliforniya kimi ştatlarda vəziyyət acınacaqlıdır. Bəzi ştatlar artıq yenidən xüsus karantin rejimi tətbiq etməyə başlayıb.
İnfeksiyaya yoluxmanın sürətlə artmasından ABŞ Prezidenti Donal Tramp tibbi maska haqqında fikirlərinə redaktə edib. Tibbi maskanın heç xeyrinin olmadığını bildirən ABŞ Prezidenti indi fərqli düşünür. “Mən maska taxılmasının birmənalı tərəfdarıyam”, – deyə o Fox Business Network telekompaniyasına açıqlamasında bildirib.
Tramp özünün də maska taxıb-taxmayacağı barədə sualı belə cavablandırıb: “Əgər mən insanlarla birgə çətin vəziyyətdə olsaydım, əlbəttə ki, taxardım”. ABŞ Prezidenti həmçinin qeyd edib ki, o tibbi maskadakı görünüşünü bəyənir. Tramp zarafatla deyib ki, tibbi maska onu Amerikanın vestern filmlərinin mifik qəhrəmanı tənha reyncerə bənzədir.
ABŞ-ın baş epidemioloqu Entoni Fauci isə bildirib ki, təcili olaraq yoluxmanın qarşısını almağa maneə yaradılmasa pandemiya daha fəalkətli ola bilər.
ABŞ-da epidemiya başlayandan bu yana 2.7 milyon insan xəstələnib, 128 min nəfər isə dünyasını dəyişib. Bu dünyada ən pis nəticədir.
Fransada isə şirkətlərə və təşkilatlara 10 həftə ərzində maska tədarükü görmək tapşırılıb. “Biz artıq növbəti tədris ilinin başlanmasına hazırlaşırıq və virusun geri qayıtmaq riski var”,- deyə Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi bildirib.
Parisdəki xəstəxana işçiləri və Fransanın bir sıra digər şəhərləri, xüsusilə ikinci dalğanın yüksək olma ehtimalını nəzərə alaraq, pandemiya ilə mübarizə üçün dövlət yardımının qeyri-kafi olmasına etiraz edirlər.
Johns Hopkins Universitetinin məlumatına görə, Fransada bu günə qədər 203 min nəfər virusa yoluxub, 29.8 min nəfər dünyasını dəyişib.
Serbiyada isə yoluxma statistikası yenidən artdıqdan sonra ölkənin bəzi bölgələrində karantin tədbirləri tətbiq olunub.